Eroziya ilə mübarizə

Əkinçilik təcrübəsi qaydalarına riayət edilmədikdə torpağın üst münbit qtı şiddətli küləklərin, qar, yağış, irriqasiya sularının dağıdıcı təsirindən eroziyaya və defelyasiyaya məruz qalaraq əkin üçün yararsız hala düşür. Eroziya və defelyasiya latın mənşəli sözlər olub müvafiq olaraq dağılmaq və sovurmaq deməkdir. Eroziya – yerin səth sularının, küləyin, irriqasiya və s. amillərin təsirindən torpağın dağılmasına və münbit qatının itməsinə deyilir. 1 sm üst torpaq qatının əmələ gəlməsinə təxmini 300 il vaxt lazım olur. Odur ki, eroziyanı torpağın “xərçəngi” adlandırırlar. 

Hazırda respublikanın topraq fondunun 3743,5 min ha, yaxud 43,3%-i müxtəlif dərəcədə eroziyaya məruz qalmışdır. Su eroziyası dağlıq ərazilərdə meyilli yamaclarda inkişaf etmişdir.


Dağlıq ərazilərdə eroziyanın inkişaf səbəbləri: 


  • yamacların yüksək meyilliyi
  • bitki örtüyünün zəif inkişafı, məhv edilməsi
  • yağıntıların leysan xarakterli olması
  • torpaqların yuyulmaya davamsızlığı

Torpaq səthi bitki ilə örtülü olduqda su və digər eroziyalar çox zəif gedir və belə prosesə normal eroziya deyilir. Normal eroziya torpağın inkişafına və təkamülünə mane olmur.

Şiddətli dərəcədə su eroziyasına məruz qalmış torpaqlar yararsız hala düşdür, otlaq və örüş kimi də istifadəyə yaramır. Yamacların meyilliyi artdıqca ərazidə su eroziyası təhlükəsi də artır. 
Atmosfer çöküntülərinin miqdarıda torpaqda eroziya prosesinin intensifliyinə ciddi təsir edir. İllik yağıntıların miqdarı daha çox olan ərazilərdə az yağıntı düşən rayonlara nisbətən torpaq üçün potensial təhlükə yaranır.

eroziya

Təbii bitki örtüyünə sahib sahib sahələrdən fərqli olaraq birillik bitkilərdən ibarət əkin sahələri ilin müəyyən vaxtı şum edildiyindən topraq müəyyən müddətdə çılpaq qalır. Ona görə də əkin sahələrində torpaq eroziyasının inkişafı üçün potensial inkan yaranır. Mal-qara otlaq və biçənəklərdə növbələşmədən, fasiləsiz otarıldıqda bir tərəfdən bitkilərin yerüstü hissəsini yeyir və yaxud kökündən çıxarır, digər tərəfdən dırnaqları ilə torpağın səthini zədələdiyindən eroziya üçün münasib şərait yaradır. Otlaqlarda və meşə sahələrində su eroziyası nəticəsində torpağın yuylmasına səthi eroziya, ovulmasına isə xətti eroziya deyilir.

Eroziya ilə mübarizə üsulları

Eroziyaya qarşı mübarizə tədbirləri sistemi aşağıdakılardan ibarətdir:
– Çəmən və otlaq sahələri sistemli şəkildə istifadə edilməlidir. Otarma norması və vahid sahədə otarılan mal-qaranın sayı normadan artıq olmamalıdır.
– Meşəqırma norması və meşənin torpaqqoruyucu funksiyası zəiflədilməməlidir. Meşədən istifadə zamanı meşənin doluluğu 0,5-0,6 dan aşağı düşməsinə yol verilməməlidir.
– Dəmyə əkinçiliyi bölgələrdə dik yamacların başdan-başa tam şumlanması qadağandır. Dik yamaclarda bağlar, plantasiyalar altında və meşəlik kimi istifadəsində torpağın tranşeylərlə, zolaqlarla, yuvalarla, terraslaşdırma ilə həyata keçirilməlidir. Dik yamaclarda şum və becərmə işləri yamaca köndələn istiqamətdə aparılmalıdır.

Düzgün suvarma üsulları ilə bu məqalədə tanış ola bilərsiniz.
Mənbə.

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

error: Content is protected !!
Яндекс.Метрика