Ətotu bitkisinin faydaları və istifadəsi

Xalq arasında rozmarin kimi bilinən ətotu (bibəriyyə) bitkisi dodaqçiçəklər (Lamiceae) fəsiləsindəndir. Həmişəyaşıl, çoxillik kol bitkisi olan ətotunun Vətəni Aralıq dənizinin qərb sahilləridir. Azərbaycanda park və bağlarda dekorativ bitki kimi becərilən bu bitkinin aşağı hissəsi şaxtalı havalarda məhv olur. Açıq sahələrdə 2 m-ə qədər uzanır və yarpaqları iynə şəklindədir. Ətirli çiçəkləri bənövşəyi rəngdədir. Az qulluq tələb edən bitki olan rozmarin yaz fəslindən başlayaraq payızın axırlarına kimi çiçəkləyir. Meyvələri fındıqca formasındadır.

bibəriyə - ətotu- rozmarin bitkisi haqqinda agroexpert.az

Bibariyə ətri və acı-şirin dadı ilə həm desertlərdə, həm də əsas yeməklərdə istifadə olunur. Əsrlər boyu bağçaların və mətbəxin əvəzolunmaz bitkisi olub. Ətirli çiçəkləri keçmişdən bəri sabun, losyonlar və kosmetikalarda qoxusuna görə istifadə edilib.

Qədim dövrlərdə rozmarin sevgi, sədaqət və anma simvolu olub. Bu çiçək həm toy, həm də dəfn mərasimlərinin bir hissəsi olub. O dövlərdə bitkinin budaqları toy çələngləri kimi toxunur, çiçəkləri buketə yapışdırılırdı.

Bəzi Avropa ölkələrində yas mərasimlərində rozmarin gəzdirib tabutun üstünə rozmarin çiçəyini səpmək ənənəsi hələ də var. Bir dərman bitkisi olan rozmarinin yaddaşı canlandırdığı və müsbət enerji verdiyi qədim dövrlərdən bəri məlumdur. Qədim Yunanıstanda tələbələr yaddaşlarını gücləndirmək üçün rozmarini döş nişanı kimi taxırdılar.

Ətotu bitkisinin istifadəsi

Ətotu bitkisinin yarpaqları və kökü əsrlər boyu dərman məqsədləri üçün istifadə edilmişdir. A və C vitaminləri və dəmir, maqnezium, fosfor, sink, mis, tiamin və riboflavin kimi minerallarla zəngin bir tərkibə malikdir. Bitkinin aktiv maddələri antioksidan, iltihab əleyhinə və anti-kanserogendir. Bu quruluş, immunitet sisteminə zərərli olan və orqanizmaya zərər verə biləcək bir çox müxtəlif xəstəliklərdən və patogenlərdən qoruyur. Yəni immunitet sistemini gücləndirir və xəstəliklərə qarşı müqavimətinizi artırır.

Rozmarin bitkisinə ət, tərəvəz yeməkləri və ya balıq bişirərkən çox üstünlük verilir. Xüsusilə ət dadlandırıcısı kimi istifadə olunur. Ən təzə yetişmişi yaşıl salatlara əlavə edildikdə bibəriyyənin güclü aromatı digər dadları yox etdiyinə görə az miqdarda istifadə etmək tövsiyə olunur. Ətotu əlavə edilən zeytun və zeytun yağları səhər yeməyində istehlak olunur.

Rozmarin çay şəklində də istehlak olunur. 1 böyük stəkan çay üçün iki çay qaşığı quru və ya 1 çay qaşığı təzə rozmarin istifadə edərək rozmarin çayı dəmləyə bilərsiniz. Rozmarin bitkisini qaynar suya tökün, 10 dəqiqə dəmləyin və süzün. Bal və limon əlavə edərək çayınızı şirin edə bilərsiniz. Soyudulub içilən ətotu çayından həm də ağız yaralarının sağalmasını sürətləndirmək üçün qarqara edilən yuyucu vasitə kimi istifadə olunur.

Rozmarin yağı yeməkdən çox sağlamlıq üçün istifadə olunur, bu yağa saç və dəriyə qulluq üçün üstünlük verilir. Zeytun yağı, badam yağı və ya jojoba kimi yağlarla qarışdırılaraq masaj etmək əzələ və oynaq ağrılarına qarşı da sağaldıcı təsir göstərir. Bundan əlavə rozmarin yağı, xoş qoxusuna görə hava təravətləndiricisi və ətir istehsalında istifadə olunur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

error: Content is protected !!
Яндекс.Метрика