Evdə hazırlaya biləcəyiniz kokteyl reseptləri

Bildiyimiz kimi kokteyllər alkoqollu və alkoqolsuz olur. Alkoqollu kokteyllər əsasən viski, cin yaxud rom tərkibli olur. Son zamanlar isə vodka əsaslı kokteyllər popyulardır. Alkaqolsuz kokteyllər bütün yaş qruplarına uyğundur. Bunlara misal olaraq:
Sağlamlıq, sərinləmək üçün evdə rahatlıqla hazırlaya biləcəyiniz bir neçə kokteyl reseptini təqdim edirik.
Bananlı kokteyl reseptləri
- 1 st süd
- 1 ədəd banan
- 200 qr sadə dondurma
Hazırlanması: Əvvəlcə bananı blenderdə pürə halına salırıq. Sonra südü əlavə edib qarışdırırıq. Banan ilə süd qarışığına dondurmanı əlavə edib köpüklənənə qədər çalırıq.
İkinci resept üçün lazım olan ərzaqlar:
- 250-200 qram banan
- 100 qram dondurma
- 150 ml süd
Hazırlanması: Bananın qabığını soyub doğrayırıq, qalan ərzaqları da bananla birlikdə blenderle qarışdırırıq. Bu qədər sadə…
Çiyələkli kokteyl
- 200 ml süd
- 80 ml qaymaq
- 100 qram dondurma
- 400 qram çiyələk
Hazırlanması: Dondurma, qaymaq, süd və çiyələyin yarısını blenderdə qarışdırırıq. Hazır kokteylin üzərinə dilimlənmiş çiyələk düzürük.
Qarışıq tərkibli kokteyl
- 3-4 ədəd kivi
- 2 ədəd portağal
- 2 ədəd banan
- 200 qram yoğurt
- Zövqə görə şəkər tozu
- Alma şirəsi 20 qram şokolad
Hazırlanması: Bütün ərzaqlar blenderdə qarışdırılır, zövqə görə təqdim olunur.
Və kokteyl hazırdır. Nuş Olsun 🙂