Facebookda reklam vermək-FB ads

Facebook-da reklam verib saytınızı, mağazanızı və ya hər hansı məhsulunuzu tanıtdıra, dolayısı ilə satışı və gəlirinizi artıra bilərsiniz. Qısa vaxtda çox populyar olan sosial şəbəkələr bundan pul qazanmağa da başlayıblar. Bəs yaxşı FB-də reklam verərkən şirkətimiz üçün ən yaxşı reklam modelini necə seçək?

Gəlin bu modellərlə addım-addım tanış olaq ki, reklam büdcəmizi effektiv şəkildə xərcləyə bilək.

İnsanları veb sayta cəlb etmək (Clicks to website)

Adından da göründüyü kimi veb saytınıza ziyarətçi sayını artırmaq üçün istifadə olunur. Adətən e-ticarət saytları satışlarını artırmaq üçün bu modeli seçir. Siz sağdakı kimi reklamlarla yəqin ki, rastlaşmısınız.

Veb saytınızdakı hərəkətliliyi artırmaq (Website conversions)

Facebook Reklam Modelleri_2

Məqsədiniz istifadəçilərin xəbərlərə abunə olması, satış və ya üzvlük kimi əməliyyatlardırsa bu reklam modelini seçə bilərsiniz.

Paylaşımlarınızı önə çıxarmaq (Page post engagement)

Bu modeli FB səhifənizdə paylaşdığınız məqalələrə bəyənmə, paylaşım və rəy qazanmaqdır. Hədəf kütləni özünüz təyin edə bilərsiniz. Bu reklam modelində daha çox insana çata bilərsiniz. Həmçinin İnstagram-da da paylaşım edə bilərsiniz.

Səhifənizi tanıtdırmaq (Page likes)

Ən məşhur FB reklam modelidir. FB səhifənizə like-lar artırmaq üçün istifadə olunur. Daha çox yeni açılan səhifələr tərəfindən istifadə olunur. Reklam vermək üçün yuxarıdakı şəkildən müvafiq reklam növünü, reklam vermək istədiyiniz səhifəni seçib, hədəf kütlə, greativ və büdcə təyin edirsiniz.

Mobil tətbiqinizin (App) yüklənməsini artırmaq (App installs) Facebook Reklam Modelleri

Bir mobil proqram yazmısınız. Bu tətbiqin çoxlu yüklənməsini (download) təmin etmək üçün ən uyğun reklam modelidir. Məşhur firmalar tərəfindən yeni proqramlarını tanıtdırmaq və istifadəsini artırmaq üçün istifadə olunur.

Yaxınlıqdakı insanları cəlb etmək (Local Awareness)

Daha çox fiziki məkan sahibləri üçün əlverişlidir. Tutaq ki, pizza mağazanız var, o zaman bu metodla yaxınlıqdakı insanları mağazanıza cəlb edə bilərsiniz. Reklam verərəkən yerləşdirəcəyiniz şəkil 1200 x 628 ölçülü olmalıdır.

Tədbirinizə iştirak artırmaq (Event responses)

Facebook-da təşkil etdiyiniz tədbirə (event) və daha çox insanın qatılmasını istəyirsəniz bu reklam modeli sizə uyğundur. Bu reklam sayəsində insanların seminara gəlib gəlməyəcəyini də öyrənə bilərsiniz.

İnsanlara təklif (Offer claims)

Təqdim etdiyiniz endirim və xidmətlərlə bağlı ən uyğun reklam modelidir. Təklifi alan insanlara endirimlə bağlı şərtlər emailə göndərilir.

Video baxış əldə etmək (Video views)

Facebook reklam modelləri arasında ən çox diqqət çəkən reklamdır. Əgər firmanız adına məhsul və ya xidmətlə bağlı videonuz mövcuddursa, FB üzərindən hədəf kütlənin diqqətini çəkə bilərsiniz.

Gördüyünüz kimi Facebook sizə müxtəlif reklam modelləri təqdim edir. Daha ətraflı məlumat almaq üçün bu linkə baxa bilərsiniz. https://www.facebook.com/about/ads

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

error: Content is protected !!
Яндекс.Метрика