Fransa və Qazaxıstanda buğda istehsalının statistikası
Fransa Kənd Təsərrüfatı Nazirliyinin 2020-ci il üçün ilk proqnozuna görə, bu il yumşaq buğdanın istehsalı 21% azalaraq 31.31 milyon tona çatacaqdır.
2019-cu ildə bu rəqəm 39.55 milyon ton idi. Son beş il ərzində isə orta hesabla buğda istehsalında -12.4% azalma qeydə alınıb.
Bu il istehsal 2004-cü ildən bu yana ikinci ən aşağı göstəriciyə sahib il olacaq. Digər qeyri-məhsuldar il isə 2016/2017-ci illər mövsümü idi. Payız və quru yazda həddindən artıq yağan yağışlardan sonra, 2020 / 2021-ci illərdə yumşaq buğdanın orta məhsuldarlığı 7.11 t / ha (2019-cu ildə 7.91 t / ha) səviyyəsinə enəcəkdir. Bu da buğda istehsalında son 5 illik ortalamadan aşağı səviyyədir.
Lakin əkin zamanı əlverişsiz şərait səbəbindən əkin sahəsi də 2003-cü ildən bu yana ən minimum olaraq hesablanıb: 4,41 milyon hektar. 2019-cu ildə isə bu rəqəm 5 milyon hektar idi. Arpa məhsulu isə əsasən qış arpasının məhsuldarlığının azalması hesabına 10,3% azalaraq 12,33 milyon tona çatacaqdır. Son beş il ərzində isə orta hesabla 1,8% artım müşahidə olunub

Kolza məhsulunun ötən illə müqayisədə 3.7% azalaraq 3.37 milyon ton olacağı gözlənilir. Bu isə son beş ildəki orta səviyyədən 30% daha az deməkdir.
Avropa Kənd Təsərrüfatı Bitkilərinin Monitorinqi Agentliyi iyun hesabatında 2020-ci ildə Qazaxıstanda buğda, arpa və qarğıdalı (taxıl üçün) məhsuldarlığını proqnozlaşdırdı. Bu da həmin proqnoza görə tərtib olunmuş cədvəl.
Bitki növü | Məhsuldarlıq (t/ha) | ||||
Son 5 il ortalama | 2019 | 2020-ci il, iyun proqnozu | % 2020-ci il, son 5 ilə nisbətən | % 2019-cu ilə nisbətən | |
Qış buğdası | 1.92 | 1.95 | 1.85 | -3,7 | -5 |
Yaz buğdası | 1.15 | 0.97 | 1.15 | 0 | +18 |
Qış arpası | 2.31 | 2.06 | 2.37 | +2,7 | +15 |
Yaz arpası | 1.47 | 1.28 | 1.46 | -0,9 | +14 |
Qarğıdalı | 5.76 | 5.92 | 6.07 | +5,3 | +2,5 |
