Fransızlar koronavirus səbəbiylə daha az üzüm yığmağa qərar verdilər. Səbəb?

Fransız şampan istehsalçıları bu il 22% az üzüm məhsulu yığacaqlar. Bu şampan istehlakının azalması ilə əlaqədardır. Şampan istehlakının azalma səbəbləri isə, COVID-19 pandemiyası və quru hava şəraitidir.

üzümçülük üzüm şərabçılıq

Fransada üzüm yığımı isti və quru hava səbəbiylə bu ilin əvvəlində başladı. Bundan əlavə, koronavirus pandemiyası ilə bağlı vəziyyət ümumi fonda üstün idi.

İstehsal risklərinin qarşısını almaq və qiymətləri dəstəkləmək üçün Fransız şampan istehsalçıları son bir neçə həftə ərzində üzüm məhsulunu azaltmağın yollarını aktiv şəkildə müzakirə edir. Bir çoxu qiymətlərin kəskin enməsinə görə, bəziləri isə perspektivli 2020 məhsulundan yararlanmaq üçün istehsalın tədricən azalmasını təklif etdi.

Danışıqlar nəticəsində şərab istehsalçıları və üzümçü bağbanlar  arasında yığılmış üzümün hər hektarda 8 tona qədər azalması barədə razılıq əldə edildi. Bu da 2019-cu illə müqayisədə (10,2 ton) demək olar ki, 22% azdır. Beləliklə, “The Time” yazır ki, məhsulun bir hissəsi məhv olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

error: Content is protected !!
Яндекс.Метрика
Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 5107

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 5107