Hansı ağaclar hansı ağaclara calaq edilir?
Calaq etmə və ya calaq bəzək bitkiləri və xüsusilə meyvə ağaclarının istehsalında qədim dövrlərdən bəri tətbiq olunan bir üsuldur. Təbiətdə meşələrdə budaqların sürtünməsi nəticəsində meydana gələn bir növ kortəbii calağın insanlar tərəfindən qədim zamanlardan görüldüyü və meyvə ağaclarının yaxşılaşdırılmasında istifadə edildiyi güman edilir.

Calaq ağac növlərini yaxşılaşdırmaq, daha yaxşı meyvə növlərini əldə etmək üçün edilir. Çünki bağlarda əkilən bir meyvə fidanı calaq olmadıqda yabanı(cır) olur və yaxşı meyvə vermir. Əkilmiş fidanlardan yeyilə bilən yaxşı meyvələr almaq istəyirsizsə, ya fidanlar calaq edilməlidir, ya da əvvəlcədən calaq edilmiş fidanlar alınmalıdır. Yəqin ki, calaq edilmədən meyvə yetişdirmək dünyanın ən asan işi olardı, ancaq bağ salarkən sahibkarlar ilk növbədə fidanları calaq etdirilər.
Keyfiyyətli bir ağacın toxumları və ya bir meyvə toxumu bəzən həmin bitkinin xüsusiyyətlərinə sahib olmaya bilir. Bunun səbəbi isə bunların çoxunun mələzlərdən əldə edilmiş olmasından qaynaqlanmaqdadır.
Calaq etmənin bir başqa məqsədi də, fərqli, müxtəlif meyvələr əldə edə bilməkdir.

Məsələn, “Vaşington” növü portağal yetişdirmək üçün, hər hansı bir portağal ağacına bu ağacdan alınan zoğun calanması lazımdır. Calaq edilən portağal ağacı “Finike” növüdürsə bundan nazik qabıqlı “Finike Vaşington”, Jaffa növünə aiddirsə qalın qabıqlı “Jaffa Washington” yetişdirilir.
Peyvənd, birbaşa yabanı(cır) ağaclara da edilə bilər. Bir cır ağaca eyni ailənin başqa bir peyvənd ağacı calaq edilirsə calaq edilmiş ağac həmin peyvənd ağacın bəhrəsini verəcək.
Bundan əlavə, bəzi meyvə ağacları digər növ meyvə ağaclarına da calaq edilə bilər. Aşağıda hansı ağacların hansı ağaclara calaq edilə biləcəyini görə bilərsiniz:
- Gavalı: şaftalı, ərik, badam, gilas.
- Alma: Armud.
- Tüksüz şaftalı: ərik, şaftalı, gavalı.
- Albalı: Gilas.
- Armud: Armud, əzgil, heyva.
- Ərik: gavalı, şaftalı, badam, albalı, zəncəfil
- Şaftalı: ərik, gavalı, badam.
- Heyva: Malta gavalısı, əzgil, armud (şəkli Heyvaya bənzəyir və məhsul 2-ci ildə yığılır, məhsuldarlığı yaxşıdır), alma.
- Albalı: Albalı.
- Tut: Üzüm.
- Palıd: Şabalıd.
- Terebint püstəsi: Püstə.
- Yemişan Ağacı: Əzgil.
- Armud ağacına: Armud, əzgil, heyva.
- Qırmızı şam ağacı: Püstə.
- Badam ağacı: Ərik.
- Naringi: Limon.
- Sitrus meyvə ağaclarına: Sitrus meyvə ağacları ailəsi (portağal, limon, naringi, qreypfrut və bənzəri, sitrus meyvələr).
- Şaftalı: ərik, gavalı, badam.
- Tüksüz şaftalı: ərik, şaftalı, gavalı.