Heç eşitmədiyiniz 10 mələz heyvan

Yəqin fotomontaj yolu ilə hazırlanıb internetdə paylaşılan bi çox mələz heyvanları görmüsüz. Həm vəhşi heyvanlar, həm ev heyvanları arasında bir çox fərqli növ heyvanların cütləşməsindən yaranan mələzlər var. Bu yazıda təəccüblənəcəyiniz belə mələzlərdən bəhs edəcəyik.

Heç eşitmədiyiniz, görmədiyiniz 10 mələz heyvan
  • Zebra at – Zebroid

Zebroid bir zebra ilə bir atın cütləşməsindən doğulan baladır. Çox vaxt erkək zebra seçilir. 19-cu əsrdən yetişdirilməyə başlanılsa da bu növ çox nadir rastlanan növdür. Fərqli rənglərə görə zebroidlər fərqli görüntü yaradırlar.

mələz agroexpert.az
  • Vəhşi pişik ilə ev pişiyi – Savannah

Savannah pişik Afrika vəhşi pişiyi ilə ev pişiyinin çütləşdirilməsi nəticəsində doğulub. Fərqli növlərdən yaranan savannahlar ev pişiyi kimi sakitdirlər.

  • Dəvə lama – Kama

Dəvə və lamanın cütləşdirilməsindən doğulan bu heyvanlar 1995-ci ildən indiyə kimi doğulan tək nümunədir. Kamanın donqarı yoxdur və tükləri lamanın qabarıq tükləri kimidir. Dəvə və lamanın qulaqlarının uzunluğunun ortaq böyüklüyündə qulaqlara sahibdir. Ayaqları isə dəvənin ayaqları kimi güclü və səhraya uyğundur.

  • Şir pələng – Asplan (Liger)

Erkək aslan ilə dişi pələngin cütləşdirilməsindən doğulan balaya liger deyilir. Erkək bir pələng və dişi bir çirin cütləşdirilməsindən doğulan balalara kaslan adı verilib. Kaslan sinəsi cizgili olan böyük br aslana bənzəyir. Kaslanlar dünyadakı ən böyük pişikkimilərdəndir. Kaslanlar da pələnglər kimi üzməyi sevirlər.

  • Camış inək – Beefalo

Camış və inəyin cütləşdirilməsindən yaranan növün əti başqa növ mal-qaranın ətindən daha az yağlı olur. Bir çox istehlakçının bu ətdən xəbəri belə yoxdur. Məhsul dünyada yalnız “Seattle”-da yerləşən bir neçə mağazada satılır. Bu növün yetişdiricisi Mark Merril-dır

  • Yaquar pələng – Jagger

Yaqqer erkək Yaquarla dişi pələngin cütləşməsindən doğulan balaya verilən addır. Bu ad ingilis dilində jaguar və tiger sozlərinin birləşməsindən yaranıb.

  • Qatil balina delfin – Wholphin

Dünyada yalnız Havaidəki Sea Life Park-da var. Bu balina və delfinin cütləşdirilməsindən yaranan balıq növüdür.

  • Zebra eşşək – Zebrul

ABŞ-ın Corciya ştatında “Chestatee” qoruğunda bir erkək zebra ilə dişi eşşəyin cütləşdirilməsindən alınan yeni növdür.

mələz-heyvan-agroexpert.az_
  • Bəbir aslan – Leopon

Leopon erkək bəbir və dişi aslanın cütləşdirilməsindən doğulan baladır. Başı şir, bədəni bəbirinkinə oxşayır. İlk dəfə 1910-cu ildə Hindistanda doğulub.

Qoyun keçi – Botsvana növü

Qoyun və keçinin cütləşdirilməsi nəticəsində yaranan baladır. 2000-ci ildə Bostvana baytarlarının təcrübəsi sonunda elə adı da Bostvana adlandırılıb. Dişi keçi ilə erkək qoyun cütləşməsindən yaranıb. Qıvrım tüklərdən əlavə sərt tüklərlə də örtülüdür. Uzun keçi ayaqları və ağır qoyun gövdəsi olan bu növ qısır olsa da, cinsiyyət impulsları var. 10 aylıq olduğu zaman qısırlaşdırılmağının səbəbi isə cilovlanmağı mümkün olmamasıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

error: Content is protected !!
Яндекс.Метрика
Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 5107

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 5107