Həvəskar balıq ovu qanunla qadağandırmı?
Düşünürsünüzsə ki, həvəskar balıq ovu tamamilə sərbəstdir, yanılırsınız. Nazirlər Kabineti 2017-ci ildə balıq ovuna çox sərt məhdudiyyətlər gətirdi. Bunları bilin ki, “radara düşəndə” şok olmayasınız.
Həvəskar balıq ovu üçün icazə verilən alətlər:
– hər bir ov alətində qarmaqların sayı 3 ədəddən, qarmaqların ümumi sayı 7 ədəddən çox olmamaq şərtilə tilov;
– lövbərciklə ağırlaşdırılmış balıqcıqlar (metaldan) ilə, tilov ipinin uzunluğu 30 m-dən, diametri 0,7 mm-dən artıq, qarmağın ölçüsü 12 nömrədən çox olan tilovlar;
– bir nəfərin istifadəsi üçün diametri 0,5 m-dən kiçik 1 ədəd domca və ya xərçəngtoplayan.
Aşağıdakı yer və müddətdə idman və həvəskar balıq ovu qadağandır:
Qadağanın qüvvədə olduğu müddət intervalı | |
---|---|
Xəzər dənizi | |
Şabran limanında | 1 yanvar -15 iyun |
Körpə balıqların buraxılışı zamanı Şirvan Nərəbalıqartırma Zavodunun nohurlarından Baş Şirvan Kollektorunun mənsəbinə kimi sahədə | 1 iyun – 20 iyul |
Kür çayı | |
Mingəçevir şəhər körpüsündən Varvara su anbarının sahillərinə kimi 10 km-lik ərazidə | 1 – 30 aprel |
Çay ilə əlaqəsi olan su hövzələrində |
1 may – 30 iyun |
Xəzər dənizinə axan bütün çaylarda |
1 may – 30 iyun |
Krevetlərin kürüləmə müddətində |
1 iyun – 1 iyul |
Şabran limanının Xəzər dənizi ilə birləşdirən kanalın və onun mənsəbindəki hər iki tərəfə 1 km, dənizə doğru 2 km-lik ərazilərdə |
1 yanvar -15 avqust |
Xərçəng ovu |
1 aprel – 31 oktyabr |
Balıq ovu üçün məsləhətli ünvanlar və koordinatlar üçün bu məqaləyə də baxa bilərsiniz.
Ovlanan balıq miqdarına məhdudiyyətlər:
– gün ərzində 10 ədəddən çox olmayan xərçəng;
– gün ərzində 0,5 kq-dan artıq olmayan krevet və digər onurğasızlar;
– balıqçılıq su obyektində olduğu müddətdə 5 kq-dan çox olmayaraq balıqlar (ovlanmış bir balığın çəkisinin 5 kq-dan çox olması halları istisna edilir).
Ovuna icazə verilən balıq üçün minimum ölçülər (sm):
Burda bir qismini qeyd edirik. Digərləri üçün ən aşağıdakı linkə baxın.
Sıf |
43 |
Çəki |
40 |
Çapaq |
26 |
Külmə |
17 |
Qarasol |
17 |
Xəşəm |
41 |
Kütüm |
35 |
Kefal |
24 |
Şamayı |
19 |
Qanunun tam mətni burda: http://www.e-qanun.az/framework/35786