Heyva’nın və heyva çəyirdəyinin faydaları

agroexpert3443Müalicə məqsədi ilə meyvələrindən və toxumlarından istifadə edilir. Heyva dəmirlə zəngin olduğu üçün qanazlığında faydalıdır. Heyvada əhəmiyyətli dərəcədə aşı və pektin maddələri olduğundan o çox qədimdən ishal ilə müşahidə olunan mədə – bağırsaq xəstəliklərində istifadə edilmişdir. Qusma əleyhinə və sidikqovucu vasitə kimi işlədilir. Qaraciyər xəstəliklərində də ondan istifadə edilir. Toxumların həlimi bronxitdə və öskürəkdə faydalıdır. Heyvanın toxumlarının həlimi dərini yumşaldan vasitə kimi (onunla dərini yumaq və silmək üçün) məsləhətdir.Tənəffüs orqanlarının iltihabında heyvanın toxumlarından alınan həlim yumşaldıcı təsir göstərir. Bunun üçün heyvanın toxumlarından 5:100 nisbətində qaynanmış isti suda tez-tez qarışdırmaqla həlim alınır. Bu həlimi çay kimi içmək olar (istəyəndə bal da qatmaq olar). Heyva tumunu əzib inək yağına qarışdırıb gündə 3 qaşıq yemək quru öskürəkdə xeyirlidir.

Heyva çəyirdəyinin faydaları

Heyva çəyirdəyi(tumu) maskası digər bir çox meyvə kimi dəri sağlamlığını qoruyan A, B, C vitaminlər və qida lifi baxımından zəngin olan heyvanın sağlamlığa faydaları arasında iltihabı önləyici olması, antioksid baxımından zəngin olması ilk sırada göstərilir. Təbii heyvanın, daha doğrusu “heyva yemənin” faydaları bunlarla məhdud deyil. Mədə ülserine, yüksək təzyiqə, yüksək xolesterol, mədə bulantısına qədər bir çox sağlamlıq problemi üçün təklif edilən meyvələr siyahısında heyvanın mühüm yeri var.

Quru Dəri Üçün Heyva çəyirdəyi, Gül Suyu və Badam Yağı Maskası. Bu maskanı hazırlamaq üçün 2 yemək qaşığı qədər heyva çəyirdəyi, 250 ml gül suyu və 2 çay qaşığı qədər badam yağına ehtiyacınız olacaq. Heyva çəyirdəyinin faydalı hissəsinin gül suyuna keçməsi üçün bir gecə gül suyunda saxlayın. Çəyirdəyi süzdükdən sonra 2 yemək qaşığı qədər gül suyunu badam yağıyla qarışdırın və masaj edərək üzünüzə sürtün. 20 dəqiqə gözlətdikdən sonra üzünüzü ilıq suyla yuya bilərsiniz. Qalan gül suyunu 1 həftə qədər soyuducuda saxlaya bilərsiniz. Bu maskanı xüsusilə quru dəri şikayəti olanlara təklif edirəm. 1 ay boyunca həftədə 2 dəfə edin dərinizin nəmləndiyini görəcəksiniz.

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

error: Content is protected !!
Яндекс.Метрика