Heyvanlar aləmi haqqında maraqlı faktlar
Heyvanlar aləmində maraqlı faktlar çoxdur. Ona görə ən maraqlı sənədli filmlər elə heyvanlar aləmi haqqında çəkilir. Bunlardan bir-neçəsini sizin üçün topladıq.
- Su samurları yatarkən bir-birilərindən ayrı düşməmək üçün əl-ələ tutuşurlar.
Sincablar torpağın altına gizlədikləri qozaların yerini yaddan çıxardığı üçün hər il minlərlə ağacın yetişməsinə səbəb olurlar.
- Gento pinqvinləri həyatları boyu birlikdə olacaqları yoldaşlarına çınqıl daşıyla evlilik təklif edirlər.
- Vaşinqtonda bir həbsxanada məhkumlarla yanaşı pişikləri bir yerdə saxlayaraq reabilitasiya proqramı yürüdülür.
- Yaponiyanın meymunu da “ağıllıdır”. Kiosklardan yemək almaq üçün xırda pul istifadə edə bilirlər.
- Çində bir pandanı öldürmək ölümlə cəzalandırılır.
- Siçanları qıdıqlayanda gülürlər. 🙂
- Hörümçəklər uça bilmir.
- Hər delfinin insanlar kimi öz adı var.
- İnəklər sakitləşdirici musiqi dinlərkən daha çox süd verirlər.
- Yapon meymunları əyləncə üçün qar topu düzəldirlər.
- Cücələr yumurtadan çıxmadan öncə bir-biri və analarıyla danışa bilirlər.
- İtlərin burun izləri, insanların barmaq izləri kimi unikaldır və bir-birilərini belə tanıyırlar.
- “Turritopsis nutricula” istəməsələr ölmürlər.
- Qarğalar bir-biriləri ilə zarafatlaşa biləcək qədər zəkalıdırlar.
- Kəpənəklərin dad alma duyğuları ayaqlarındadır.
- Keçilərin ləhcələri var.
- Sincablar digər yavruları sahiblənə bilirlər.
- Mavi balinaların dili bir fil ağırlığındadır.
- Çita 3 saniyədə 96 km/saat sürət yığa bilir.
- Yaquar sözünün mənası yerli dildə “bir sıçrayışda öldürür” deməkdir.
- Boz ayı saatda 48 km sürətlə qaça bilir.
Bu məqalədə isə balıqlar haqqında maraqlı faktlar haqqında məlumat ala bilərsiniz.