Heyvanların buynuzları niyə kəsilir?
Buynuz keçmişdə heyvanlarda seçilmək , gözəllik və vəhşi heyvanlara qarşı müdafiə etmə orqanı olaraq qəbul edilirdi. Lakin müasir heyvandarlıqda yaratdığı müxtəlif problemlərə görə artıq istənilmir.
Kəskin və iri buynuzları olan heyvanlar buynuzlarını güclü olduğunu göstərmək məqsədi ilə istifadə edirlər. Belə ki buynuzlu heyvan buynuzsuz heyvanın yeminə sahib olur.
Heyvanların qeydiyyata alınması niyə lazımdı?
Yem üçün arpa unu, qırması yoxsa əzməsi?
Heyvandarlıqda buynuz zərbələri dəri və məmələrdə yara və zədələrə səbəb olur. Bu, maldarlıqda böyük pul itkisinə də səbəb olur. Buynuzlu heyvanlar təhlükəli olduğu üçün yemləndirmədə daha geniş yerə təlabat yaranır. Bu səbəblə buynuzsuz heyvanlar intensiv maldarlıqda daha səmərəli olduğu üçün buynuzlular uyğun bir metodla kütləşdirilir və ya kəsilir.

Bundan əlavə dana, buğa və öküz kimi heyvanlar bir-birlərindən başqa baxıcılarını da vuraraq ciddi xəsarət yetirə və hətta öldürə bilərlər.
Son illərdə heyvandarlıqda çox yayılan sərbəst sistem yeməkxanalarında buynuzlu heyvanların başlarını açıq-qapalı çəlləklərə soxaraq qidalanması mümkün deyil.
Buynuzlu heyvanların yük maşınları və digər nəqliyyat vasitələri ilə daşınmasında da problemlər yaranır. Əslində heyvanlarda buynuzların yaratdığı problemləri görən bəzi ölkələr buynuzlu heyvanların satışını, ixracını və idxalını qadağan edən qərarlar qəbul ediblər.
Buynuzsuzlaşdırma
Körpə heyvanların buynuzsuzlaşdırılmasında kimyəvi, elektro-mexaniki və mexaniki olmaqla bir neçə dəyişik üsul istifadə olunur.
Sadaladığımız üsullar heyvanlara ağrı verən üsullar olsa da, son dövrlər heyvandarlıqda geniş istifadə olunur.
Müasir heyvandarlıq müəssisələrində artıq buynuzlu heyvanlara demək olar ki, tələb yoxdur. Buynuzsuzlaşdırma körpə buzovlarda daha intensiv həyata keçirilir.

Qeyd edək ki, buynuzları böyük, yaşlı heyvanların buynuzlarını kəsmək daha çətin və risklidir.
Buynuzu kəsiləcək heyvanların ilk olaraq sakitləşdirilməsi və qanaxmalar baş verdiyi təqdirdə qarşısının alınması üçün cərrah baytar həkimi müdaxiləsi mütləqdir. Bu məqsədlə, əvvəl heyvanı sıxıb hərəkətsiz buraxacağı və ya heyvanın başını tərpənmədən saxlaya biləcəyi bir avadanlıq, digər tərəfində işi görənin təhlükəsizliklə çalışa biləcəyi açılıb bağlanan dəmir barmaqlıqdan hazırlanan yemlik və ya bənzəri bir yer tələb olunur. Buynuz seqmenti üçün buynuz mişarı, buynuz kəlbətini və ya buynuz kəsmə simi kimi alətlərdən biri istifadə edilə bilər.
Yaşlı heyvanlarda buynuz tamamilə məhv edilmir, ancaq buynuz dibə yaxın bir yerdən kəsilir və qısaldılır. Buynuz kəsildikdən sonra yaranan yaralar ağcaqanaddan qorunmalıdır. Buna görə bu proses ağcaqanadların olmadığı daha sərin aylarda tətbiq edilməlidir.
