Hidroponika üsulu ilə evdə necə çiçək yetişdirmək olar?

Hidroponika nədir?

Hidroponika üsulu ilə bitkilərin becərilməsi torpaqsız və ya suda becərmədir. Bu becərmə üsulunda bitki torpaq olmadan su vasitəsi ilə qidalanır. Bu qida maddələri məhlulun tərkibində olduğu üçün bitki həmin qida maddələrini rahatlıqla mənimsəyir. Qum, torf, perlit, qaya yunu və ya gil əkin substratı kimi istifadə olunur.

Ölkəmizdə son illər bu becərmə üslundan çox istifadə olunur. Bu üsulla yaradılmış istixanaların sayı artmaqdadır. Hidroponika ilə yetişdirilən məhsulların insan sağlamlığına mənfi təsiri bitkilərin qida rejiminin düzgün nizamlanmasından asılıdır. Hidroponika haqqında daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

Torpaqsız çiçək becərmək mümkündür?

Torpaqsız əkin üsulu meyvə və tərəvəz təsərrüfatında istifadə olunmaqla yanaşı çiçəklər üçün də istifadə oluna bilər. Bu üsulla ən geniş becərilən gül kollarıdır. Bundan əlavə gerbera, qərənfil, zanbaq və orxideya becərilməsində də istifadə etmək mümkündür. Lakin kiçik formada ev şəraitində bu cür istehsal çox praktik olmadığı üçün məşhur deyil.

hidroponika əkinçiliyi -agroexpert.az

Evdə torpaqsız çiçək yetişdirməyi yoxlamaq istəyənlər bəzi şeylərə diqqət etməlidir.ilk olaraq toxum yerinə şitil istifadə etməyiniz həm vaxtı tezləşdirəcək, həm də sizlər üçün daha rahat olacaq. Şitil seçərkən mütləq keyfiyyətli və sağlam şitilləri seçin.

Suyun tempraturu və təmiz olmasına diqqət edin. Tövsiyə edilən tempratur 22-24˚C, pH dərəcəsi 6.2-6.5 arasıdır. 

Suyun uyğun şəkildə qidalanması və tez-tez havalandırılması lazımdır.

Hidroponika üsulu ilə çiçək yetişdirilməsinin incəlikləri

Evdə torpaqsız bitki böyütmək istəyirsinizsə nələr edilməlidir nəzər yetirək.

hidroponika agroexpert.az torpaqsız çiçək əkini

Ilk ölcə şitili satın alın və ya evdəki dibçəyinizdəki bitkini çıxarın. Lakin bunu edərkən bitkinin kökünün zədələnməməsinə diqqət edin. Ardından bütün torpağı nazik şəkildə bitkinin kökündən təmizləyin. Bunu edərkən uzun kökləri qəti kəsməyin. Biraz çətin olsa da lakin bütün torpağı kökdən təmizləyib çıxarmaq lazımdır.

Əgər nazik gövdəli bir bitkidirsə düzgün durmasına dəstək olaraq ip ilə ehtiyatla bağlayın. Və içində böyüdəcəyiniz güldanın kənarlarına bərkidin. Əgər lalə kimi soğan köklü bitkidirsə buna ehtiyac olmayacaq.

Daşlardan istifadə edərək bitkinizin sabit qalmasını təmin edə bilərsiniz. Daha sonra bitkiniz üçün uyğun hərarətdə olan suyu çox olmamaq şərti ilə vazın içinə doldurun. Lazım olan qida maddələrini də suyunuza qarışdırın. Çiçək mağazalarında bu qidanı rahatlıqla tapa bilərsiniz.

İşıqlı yerə güldanı yerləşdirin və ayda bir dəfə suyunu dəyişdirərək qida maddələrini yeniləyin. Vaxtında qulluq edib qayğısına qalsanız dibçəyiniz torpaqda olduğu kimi gözəl çiçəklər açacaq və bu sizin özünüzü xoşbəxt hiss etməyinizə səbəb olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

error: Content is protected !!
Яндекс.Метрика