İmişlidə sahələrdən 3 min 524 ton şəkər çuğunduru yığılıb
İmişlidə şəkər çuğunduru sahələrində məhsul yığımı başa çatıb.
Şəkər çuğunduru

Rayon Statistika İdarəsindən bölgə müxbirinə bildiriblər ki, bu il 109 hektar sahədə çuğundur becərilib.
Torpaq mülkiyyətçilərinin “Kayota”, “Zeper”, “Radofe” kimi yüksək məhsuldar sortların əkininə üstünlük verməsi nəticəsində sahələrdə bol məhsul yetişib.
Yığıma mütəşəkkil başlayan məhsul istehsalçıları plantasiyalardan 3 min 524 ton məhsul yığıblar. Yığılmış sahələrin hər hektarının məhsuldarlığı orta hesabla 40 sentnerə çatır ki, bu da ötən ildəkindən 10 sentner çoxdur.