İnək südündən 10 dəfə çox dəmirə sahib olan süd…

Misir kraliçası Kleopatranın hər gün dəvə südü ilə çimməsi barədə əfsanə hamıya məlumdur. Mavritanyalı xanımlar da sifətlərinin gözəl olması üçün hər zaman dəvə südü içirlər. Ümumi tibdə dəvə südündən yüz illərdir ki, bir sıra xəstəliklərin müalicəsində istifadə olunur.

Bəs bu südün belə təlabat görməsinin səbəbi nədir?

Dəvə o heyvanlardandır ki, əti də südü də, hətta sidiyi də çox faydalıdır. Hətta 2016-ci ildə ərəblər xərçəngin müalicəsi üçün dərmanını tapdıqlarını bildirdilər. Bu dərman dərman dəvə südü və sidiyi əsasında hazırlanır. Xəstəliyin dərmanının tapılması üçün layihə Birləşmiş Ərəb Əmirliyindəki Şardji universitetində 2008-ci ildə başlayıb və Bağdadın xərçəng institutunda uğurla başa çatıb. Yeni preparat Böyük Britaniyanın patent bürosunda ötən qeydiyyata alınıb. Alimlərin sözlərinə görə əldə edilən dərmanın laboratoriya siçanları üzərində test edilib. Qan xərçənginin müalicəsində 100 faizlik effektivlik göstərib. Bundan əlavə praparatdan ağciyər, böyrək və süd vəzi xərçəngində də istifadə etmək olar.

agroexpert_az deve südü - süd

Qeyd edək ki, dəvə südü və sidiyi dərmanın hazırlanması üçün təsadüfən seçilməyib. Alimlər dəvənin möhkəm immun sisteminə malik olduğunu aşkar ediblər. Belə ki, o, hər dəfə öz südü və sidiyinin qarışığını içəndə gəncləşir. Bu açılış elmi işçilərin adıçəkilən komponentlər əsasında xərçəngin dərmanını yaratmasına təkan verib.

Azərbaycan Avropa ittifaqının və 7 ölkənin iştirak etdiyi PRİMA layihəsi çərçivəsində dəvə südü satışı ilə məşğul olacaq. Dəvə südünün bir litri təxminən 25 manata satılacaq. İyunun 1-də Frans, Almaniya, İtaliya, Xorvatiya, Türkiyə, Azərbaycan və Kanar adalarının qoşulduğu PRİMA layihəsi 3 il davam edəcək. 2 milyon avro büdcəyə malik layihə çərçivəsində sözügedən ölkələrdə dəvə südü istehsal olunacaq və ixrac ediləcə

Dəvə südü..

agroexpert_az deve südü - süd

Bu süd inək südündən üç dəfə çox C vitamini və 10 dəfə çox dəmir, B vitamini var. Vitamin və proteinlə olduqca zəngindir. Bundan başqa dəvə südü maqneziumla da zəngindir. Bir çox xəstəlik üçün müalicəvi əhəmiyyətə malikdir. Aparılan tədqiqatlar nəticəsində bu südün diabet xəstələrinin həyat səviyyəsini qaldırdığını, autist xəstələrə müsbət təsir etdiyini, immun sistemini gücləndirdiyini və bu səbəbdən, üzə çıxan xəstəliklərin müalicəsində faydalı olduğu müəyyən edilib. Bütün bunlarla yanaşı, bu süd su və qida ehtiyacının çox olduğu səhra şəraitində yaşayan insanlar üçün, əlbəttə, çox əhəmiyyətlidir. Dəvə südü ilə, həmçinin güclü alergiyanı da müalicə etmək mümkündür.Güclü qida alergiyasında,dəvə südü,uşaqların immun sistemini bərpa etməyə malikdir.

Dəvə sidiyi…

Elmi araşdırmalar göstərib ki, dəvənin sidiyi antibiotik təsirə malikdir, bir sıra xəstəliklərə səbəb olan bakteriyalara, viruslara qarşı effekivdir. Dəvə südünün həmçinin “dəvə sidiyi” üzərində aparılan elmi tədqiqatlar və eləcədə onların tərkibində insan orqanizmi üçün faydalı olan maddələr olduğu deyilir. Alimlərin,elmi tədqiqatlarına əsasən  dəvə sidiyinin tərkibində orqanizm üçün faydalı olan bir çox maddələr, vardır: Protein, Azot, Almubin, Sidik cövhəri, Kreatin, Sidik turşusu, Kreatinin, Natriy, Kaliy, Kalsiy, Maqniy, Mis, Dəmir və Sink. Dəvə südü ilə yanaşı sidiyi də bir çox xəstəlikləri müalicə etmək mümkündür.  Həmçinin,dəvə sidiyi qarın boşluğu xəstəliklərin, astma və təngənəfəsliyin müalicəsi üçün yararlı bir dərman hesab olunur.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

error: Content is protected !!
Яндекс.Метрика