İnəklər haqqında maraqlı məlumatlar
Əslində gözümüzün qabağındakı bütün canlılar maraqlıdır, möcüzəvidir. Sadəcə alışdığımız üçün adiləşib. Məsələn, inəklər canlı fabrikdir, otu, samanı yeyib südə və ətə çevirir, insanoğlunun qulluğunda durur. O südü sağmayanda inək də xəstələnir. Müxtəlif cins inəklər haqqında məqalələr yazmışıq. Agroexpert.az sizə inəklər haqqında maraqlı məlumatlar təqdim edir.

- İnəklər sosial heyvanlardır, sürü halında dolaşır, insanlar kimi dostluqlar qururlar.
- İnəklər qırmızı-yaşıl rəng korudurlar. Öküzü əsəbiləşdirən qırmızı rəng deyil, matadorun elədiyi hərəkətlərdir.
- İnəklərin qəlbi dəqiqədə 60-70 dəfə vurur.
- İnəklərin ortalama çəkisi 550 kq-dır.
- İnəklərin bədən tempraturu 38,6 °C -dir.
- 1 dəqiqədə 50 dəfə gövşəyirlər.
- 1 gündə 14 dəfə oturub, ayağa qalxarlar.
- 1 gündə 40 min dəfə çənələrini tərpədirlər.
- İnəklərin sadəcə alt dişi var, otu dişləmir, dilləri ilə yolurlar.
- İnəklərin mədəsində 4 fərqli həzm bölümü var.
- İnəklər də 9 ay hamilə qalır.
- İnəklər pilləkənlə çıxa bilir, amma düşə bilmir.
- Bir inək gündə 60-120 litr su içir.
- İnəklər qusa bilmir.
- İnəklər 25-30 il yaşayır.
- Çox güclü qoxu bilmə qabiliyyəti var, 10 km-dən hiss edirlər.
- Bir inək gün ərzində 45 kq yem yeyib, 30 kq peyin ifraz edir.
- Bir inək həyatı boyunca 200 000 stəkan süd verir.
- Hindistanda yaşlı inəklər üçün qulluq evləri var.
- Dünyada bir ilə ən çox südü 30 870 litrlə Holşteyn cinsi vermişdir.
- Van Qoq inəkləri o qədər sevirdi ki, onlara iki əsər ithaf etmişdi.
İnəklər insanlara ət və süd verməklə kifayətlənmir. Onlar yaxınlaşan fırtınanı hiss etdikləri zaman otlamırlar, yerə çökürlər. Elm adamları bu davranışın, fırtınadan əvvəl əmələ gələn alçaq təzyiqdən qaynaqlandığını düşünürlər.
