İsmayıllıda üzüm yığımı davam edir
İsmayıllı rayonunda üzüm yığımı davam edir və hələlik plantasiyalardan 2500 ton məhsul götürülüb.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzi yığılan məhsulun 1000 tonu süfrə sortudur və yerli bazarlara çıxarıldığını bildirib. Rayonun Kürdmaşı və Aşıqbayramlı inzibati ərazi dairələrində “Aspiland” MMC-yə məxsus plantasiyalardan yığılan “Prima” və “Kardinal” süfrə sortlarının alıcıları heç də az deyil.
Qeyd edək ki, üzümçülük İsmayıllı rayonunda kənd təsərrüfatının aparıcı sahələrindəndir. Son illər bölgədə bu gəlirli sahənin inkişafı üçün ardıcıl iş aparılır. Hazırda plantasiyaların sahəsi 1161,2 hektara çatdırılıb ki, bunun 1021,9 hektarı bar verən, 101,2 hektarı cavan bağlardır. Cari ilin yazında daha 38 hektarda yeni üzüm bağları salınıb.
Üzümçülər ötən il plantasiyalardan 4391,1 ton məhsul yığıblar. Bu il isə 5000 ton üzüm istehsalı gözlənilir.