Kakao yağı- möcüzə
Kakao yağı həm saçımızı qidalandırır, həm də dərinin nəm miqdarını təmin edir. Kakao yağı tərkibində olan E vitamini ilə dərinin nəm itkisini əngəlləyir.
Tərkibində hər hansı bir kimyəvi maddə olmadığından dəriyə zərər vermir. Günəş sonrası rütubətini itirən və quru dərinin müalicəsində istifadə edilən kakao yağını, yerkökü və küncüt yağı ilə qarışdıraraq dərinizə olan təsirini daha çox artıra bilərsiniz. Beləliklə, günəşdən gələn zərərli şüalara qarşı müdafiə olunmağımızı təmin edir. Saçlarımızı da qidalandıran bu möcüzəli yağ, onların yumşaq və təbii parlaq olmasını təmin edir.
Yanıq, yara və kəsiklərə qarşı təsirli olan kakao yağını müntəzəm istifadə etdikdə faydasını görərsiniz. Yaralar yaxşılaşarkən qarşılaşılan qaşıntının da qarşısını alan kakao yağı bu bölgədəki ağrıların yüngülləşdirilməsini təmin edir.