Karbunluk xəstəliyi

aqroexpert.jpg1.jpgsİti gedişli yoluxucu xəstəlik olub, temperaturun yüksəlməsi və heyvan bədəninin müxtəlif əzələ qruplanda qazlı (səsli) şişlərin əmələ gəlməsi ilə səciyyələnir.
Törədicisi. Clostridium chavoei – obliqat (tam) anaerobdur, ətraf mühitdə əmələ gətirdikləri spor formasında uzun müddət yaşaya bilirlər.
Mikroblara heyvanların, o cümlədən balıqların və quşlann mədə- bağırsağmda, torpaqda, suda və s. räst gəhnək olur. Bunlar ucu yumru, düz və ya azacıq bükülmüş, uzunluğu 2-8 mkm, eni 0,5-1,0 mkm olan mikroorqanizmlərdir, sporlar subterminal yerləşirlər, qida mühitlərində və orqanizmdə də spor formalarına keçirlər, kapsul əmələ gətirirlər. Təzə kulturalardan hazırlanmış yaxmalar Qramla müsbət, köhnə kulturalardan isə Qram-rnənfı boyanırlar. Ət peptonlu qaraciyərli bulyonda 7,4-7,6 pH-da, 37-37,5°S temperaturda 20-24 saata yaxşı boy verirlər. Ən optimal mühit Kitt-Tarossi və Hottinger mühitləri hesab olunur.
Epizootologiyası. Qaramalm xəstəliyidir, qoyunlar və keçilər də yoluxurlar. 3-4 yaşlı cavanlar daha yüksək həssaslıq göstərirlər. Kök heyvanların əzələsində mikrobun inkişafına lazım olan qlikogenin miqdarı yüksək olduğu üçün onlar arıq və zəif heyvanlara nisbətən xəstəliyə daha tez tutulurlar.
Yoluxma adətən, alimentar və ya kontakt yolla baş verir.
İnfeksiya törədicisinin mənbəyi xəstə heyvaniardır. Törədicinin ötürülməsində isə ətraf mühitdəki əşyalar (yem, su, torpaq və s.) vasitəçilik edirlər. Adətən, heyvanlar otlaqlarda, isti və quru keçən
aylarda xəstələnirlər. Xəstəlik çox vaxt sporodik (tək-tək yoluxma) intensivliklə baş verir.
İmmunitet. Xəstəlikdən sağalmış heyvanlar uzun müddətli immunitet qazanırlar. 3 ayhğadək buzovlar kolostral immunitetə malik olurlar. 4 yaşından yuxarı heyvanlar isə immunlaşdırıcı subinfeksiyalar nəticəsində immunitet əldə edirlər,
Son zamanlar F.Kaqan və A.Kolesovanın emkara qarşı təklif etdikləri qatılaşdırılmış alüminium hidroksidli vaksini işlədilir. Vaksin əzələ arasına qaramala sağrı nahiyəsindən, qoyunlara isə budun daxili səthindən yaş və köklük dərəcəsindən asılı olmayaraq 2 ml miqdarmda vurulur. 12-24 günə yaranan immunitet 5-6 ay davam edir.
Emkar və qarayaraya, həmçinin emkar və dabağa qarşı birgə vaksinasiya üsulu da təklif edilmişdir.
Klinik alamətbri. İnkubasiya müddəti 1-5 gündür. Xəstəlik iti gedişlidir və bədən temperaturunun 41-42°S-dək yüksəlməsi ilə müşayiət olunur. Adətən əzələ qatı qalın olan nahiyələrdə (boyun, döş, bud və s.) məhdud halda isti, ağrılı, qazla dolu şişlər əmələ gəlir. Bu şişlər perkussiya edildikdə timpanik səs, əllədikdə isə xışıltılı səs verirlər. Bir müddət sonra şişlər ağrısızlaşır, yerli temperatura itir, heyvanm ümumi vəziyyəti xeyli pisləşir, ölüm bir qayda olaraq 1-3 gün içərisində baş verir.
Bəzən xəstəliyin atipik forması müşahidə olunur. Bu halda heyvanlarda ümumi pozğunluqlar baş verir. Əzələlərdə ağrılar olsa da şişlər inkişaf etmir. Bir müddətdən sonra heyvan sağalır.
Nadir hallarda 3 aylığadək danalarda xəstəliyin septiki forması rast gəlinir ki, bu halda ölüm faizi çox yüksək olur.
Diaqnozu. Diaqnoz qoymaq üçün klinik, epizootoloji, patoloji- anatomik məlumatlar, həmçinin laboratoriya analizlərinin nəticələri nəzərə alınmalıdır.
Xəstəliyin patoloji-anatomik dəyişiklikləri çox tipik olduğu üçün bu məlumatlara əsasən diaqnoz qoymaq çətinlik törətmir. Ətrafı çirkləndirməmək üçün cəsədi yarmaq olmaz. Qarın boşluğunda və əzələlərdə qaz əmələ gəldiyinə görə cəsədlər üfürülüb doldurulmuş halda olur. Təbii dəliklərdən çox vaxt qanlı maye ifraz olunur. Müayinə üçün patoloji material (əzələ hissələri, qaraciyər, dalaq, ürəkdən götürülən qan və s.) heyvan öldükdən 2-3 saatdan gec olmayaraq götürülməlidir. Ehtiyac varsa, material 40%-li qliserinlə konservləşdirilə bilər.
Xəstəliyi qarayaranın karbunkulyoz formasmdan və – yaman
1m yl’iyyətli şişdən təfriq etmək lazımdır. Qarayarada şişlər xışıldamır, • |.ılulıın hazırlanmış yaxmalara mikroskopda baxdıqda qarayara ıınkrobunun tipik formaları görünür. Yaman keyfıyyətli şiş adətən lu-yvanın yaralanmasmdan sonra baş verir, lakin bu halda da son söz ı ıkterioloji müayinələrdən sonra deyilir.
Müalicəsi. Xəstəliyin iti gedişli formasmda müalicə səmərəli olmur. V7 gün ərzində parenteral olaraq, antibiotiklərlə müalicə aparılır. Şişlərin içərisinə antibiotiklər, 1-2%-li hidrogen-peroksid məhlulu, 5%-li lizol məhlulu yeridilir.
Profilaktika və mübarizə tədbirləri. Xəstəliyin profılaktikası üçün lıeyvan saxlanılan binalar və otlaqlar yüksək sanitar vəziyyətdə saxlamlmalı,, heyvanlarm zədələnməsinin qarşısı almmalıdır. Emkar rast olunan təsərrüfatlarda heyvanlar otlaqlara çıxarılmağa 2 həftə qalmışadək vaksinasiya edilməlidirlər.
Konsentrasiyalaşdırılmış alüminium hidroksidli formolvaksindən istifadə edilir. İmmunitet 2 həftəyə qədər formalaşır və 6 ayadək davam edir. Danalar 3 və 6 aylıqda peyvənd edilirlər. Otlaq dövrü 6 aydan çox olan hallarda 6 aydan sonra heyvanlar təkrar vaksinasiya edilməlidirlər.
Xəstəlik baş verdikdə təsərrüfata karantin qoyulur. Xəstə və şübhəli heyvanlar təcrid edilib müalicə apanlır, qalan heyvanlar vaksinasiya edilirlər. Xəstə heyvanların ətindən və südündən istifadə etmək olmaz. Cəsədlər, peyin və yoluxmuş yemlər utilizasiya edilməlidir.
Heyvan binaları və gəzinti yerlərində diqqətlə mexaniki təmizləmə və kimyəvi dezinfeksiya işləri aparılır. Bu məqsədlə formaldehid (4%- li), natrium-hidroksid (10%-li), xlorlu əhəng (5% fəal xlorlu) məhlulları istifadə edilə bilər. Karantin axırıncı xəstə heyvanın sağalmasmdan və ya ölməsindən və yekun dezinfeksiya işləri aparıldıqdan sonra götürülür.

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

error: Content is protected !!
Яндекс.Метрика