Kartofdan ildə iki dəfə məhsul almağın texnologiyası
Qədim dövrlərdə insanlar kartofan uzun müddət qida kimi istifadə etmək sirlərinə bələd olmadıqlarına görə ondan ərzaq kimi istifadə etmirdilər. Az sonra kartofdan nişasta almaq məqsədilə istifadə olunmağa başlanmışdır.
Rusiyada ilk dövrlərdə kartofa «Şeytan meyvəsi» deyirdilər. Sonradan kartofdan ləziz xörəklərin hazırlanma sirlərini öyrənib ondan istifadə etməyə başladılar. Ruslar kartofu ikinci çörək adlandırdılar.
Müxtəlif ölkələrin xalqları kartofu bir neçə adla çağırırlar. Məsələn: ispanlar hinduların dili ilə «papa», islandiyalılar göbələyə oxşar olduğuna görə «tryuflya», «tartuffoli », ingilislər «irlandiya batatı», fransızlar «tomm de terr» – «yer alması» və s. adlarla çağırırlar. Rusiyaya kartof İspaniyada əkildikdən bir əsr sonra gəlib çıxmışdır.
Kartof qida əhəmiyyətli, dərman xüsusiyyətli, texniki, bəzək və nektar təbiətli bitki sayılır.
Kartofdan məhsul almağın texnologiyası

Həmin torpaqlar iyul ayında şumlanır və avqustun 2-ci ongünlüyündə kartofun yay əkini üçün hazır olur.
Kartof bolluğu
Beləliklə respublikanın suvarılan bölgələrində torpaqdan səmərəli istifadə etməklə, əlavə torpaq sahəsi ayırmaq hesabına kartof bolluğu yaratmaq mümkündür və fermerlərimiz bu imkandan istifadə edərək öz büdcələrinə əlavə gəlir daxil edə bilərlər…
Texnologiyanın tətbiqi

Yaz əkini- torpaq sahəsi payızda şumlanmalı, yanvar ayında hər hektara 20 ton hesabı ilə peyin verilərək 20-25 sm dərınlikdə 2-ci şum aparılmalıdır.

Kartof sortlarından toxum materialı kimi son illər respublikada geniş tətbiq olunaraq yaxşı məhsuldarlıq göstəricilərinə malik Holland və Alman mənşəli sortlardan istifadə olunması məsləhət bilinir:
- Marabella;
- Aqrı;
- Solara;
- İmpala;
- Kondor;
- Spunta və s.
Aqrotexniki tədbirlər

- Suvarma hava şəraitindən asılı olaraq 3-5 dəfə aparılmalıdır;
- Suvarma şırımlarının uzunluğu isə 30-25-30 sm 40 metrdən olmalıdır.
- Xəstəliklərə qarşı mübarizə birinci dəfə profilaktik olaraq 3-5 yarpaq əmələ gələndə;
- 2-ci dəfə qönçələmə fazasında, zərərvericilərə qarşı (Kolorado böcəyi) yarpaqlarda ilk böcəklər görünəndə aparılmalıdır.
Yarpaqlar saralmağa başlayanadək həm xəstəlik, həm də zərərvericilər daim müşahidə olunmalıdır. Çalışmaq lazımdır ki, istifadə olunan pestisidlər təsirli olsun. Bunun üçün:
Xəstəliklərə qarşı bu preparatları istifadə etməyə məsləhət görülür:
- Ridomil;
- Qoldvə;
- Akrobat.
Zərərvericilərə qarşı isə:
- Aktara preparatı ən etibarlı hasb edılir.
Vegetasiya dövrü aşağıda qeyd etdiyimiz kimi mübarizə aparılmalıdır:
- 2 dəfə kultivasiya (suvarmalardan sonra),
- 1 dəfə alaqlara qarşı (lazım gələrsə 2 dəfə).
♦ Yay əkini üçün ən yaxşı torpaqlar taxıl altından çıxmış sahələr hesab olunur. Taxıl biçini qurtaran kimi iyul ayında sahələrə 20 ton.hek norması ilə peyin verilərək 25-30 sm dərinlikdə şum aparılmalıdır. İyulun sonunda isə sahələr disklənib malanaraq əkin üçün hazır vəziyyətə gətirilməlidir.