Kartofun keyfiyyətini artıran xüsusi robot
Hollandiyada bir şirkət parazit və virus xəstəliklərinə davamlı yeni kartof növlərini istehsal etmək üçün xüsusi robotlardan istifadə edir.
Onlar kartof bitkisinin müqavimət gücünü öyrənmək üçün DNT sıralarını təhlil edə bilirlər. Bu, seçim prosesini sürətləndirməyə və ən perspektivli bitkini müəyyən etməyə kömək edir.
Hollandiya şirkəti olan “HZPC” artıq on illərdir ki nematodlara qarşı (kartof qurdu) davamlı kartof sortları yetişdirir.
İndi onların fitoftorlara və bəzi digər viruslara qarşı yüksək səviyyədə müqaviməti olan məhsulları da var. Şirkətin məqsədi 2030-cu ilə qədər yeni HZPC növlərinin 75% -nin fitoftorlara və kartofun “Y-virusu”na qarşı davamlı olmasıdır.

Şirkətdən verilən məlumata görə, şirkətin yeni kartof növlərini hazırladığı və yetişdirdiyi elmi-tətqiqatlar laboratoriyasında xüsusi robot var. Bu robot bitkinin DNT-sini analiz etmək üçün istifadə edilir. Robot 15 dəqiqə ərzində 1536 kartof bitkisinin DNT-sini analiz edə bilir. Bu robotdan virus və kartof xəstəliklərinə qarşı mübarizədə istifadə edirlər.
Şirkətin mütəxəssisləri qeyd edirlər ki, bu robot marker texnologiyası ilə birgə yeni növ kartofların yaradılması kömək edir və prosesi sürətləndirir. Keyfiyyətli, güclü kartof həm pestisid istifadəsinin azalması, həm də məhsul itkisinin azalması deməkdir.
Bu həm kartof təsərrüfatının dayanıqlılığı, həm də dünya qida təhlükəsizliyinin təmini üçün çox vacibdir.
