Keçi bağçasında nə yetişdirmək olar?
Keçi qida rasionunda müxtəlifliyi sevən bir heyvandır. Keçiləriniz üçün yem bağları hər hansı bir torpaq ərazidə yetişdirilə bilər. Bu çöllükdə, meşəlik yaxınlığında və ya təpələrin yanında bir ərazi ola bilər.
Keçi bağına uyğun bitkilərin qısa siyahısına nəzər salaq
Otlar
- • taxıl bitkiləri
- • yonca
- • lərgə
- • kasnı
- • bağayarpağı
- • əvəlik
Ayrıca, komfrey(xəndəkotu) haqqında da danışmaq lazımdır. Bu iddiasız bitki keçilər üçün əla və sağlam bir qidadır və əlavə olaraq arılar da onu çox sevirlər. Əgər bir yem bağı təşkil etməyi planlaşdırırsınızsa, onda hər yerdə, meyvə ağaclarının altında, çiçək və kolların yanında, ən yoxsul torpaqlarda belə xəndəkotu əkməyə çalışın:
Kollar
- • böyürtkən
- • ardıc
- • moruq
- • qızılgüllər
Tərəvəz
- • şalgam
- • pazı
- • çuğundur
- • turp
- • kahı
- • lobya
- • balqabaq
- • kələm
- • ağ badımcan
- • kərəviz
- • günəbaxan
Ağaclar
- • söyüd
- • tut ağacı
- • zoğal ağacı

Keçilər sadəcə qabıqlarını dişləməsinlər, həm də ağacarların yarpaqlarından rahat yeyə bilsinlər deyə ağaclar daha alçaqdan və eninə əkilməlidir.
Unutmayın ki, keçilərin gündəlik qidalanma rasionu düzgün qurulmalıdır və onlar lazımi maddələrlə birlikdə vitamin və mineralları qəbul etməlidirlər. Bu balanslı pəhriz onların zəhərli bitkilər yemə ehtimalını maksimum dərəcədə azaldacaq. Digər tərəfdən, qeyri-kafi qidalanan heyvanlar xəbərdarlıq instinktlərinə məhəl qoymayacaq və yalnız aclıqlarını təmin etmək üçün yeyəcəklər.
Buna parlaq bir nümunə zəhərli sikuta bitkisi ola bilər. Bu bitki nəm yerlərdə erkən yazda görünür və beləliklə yetişən ilk bitkilərdən olur. Təzə gənc ot yeməyə can atan heyvanlar təsadüfən zəhərli sikutanın bitkisini dişləyə bilər. Bu da keçilərin ölümü ilə nəticələnə bilər.
Gənc keçilər yaşlı keçilərdən fərqli olaraq daha çox yeni bitkilər dadmağa meyilli olurlar. Bu da yetkin heyvanlardan fərqli olaraq gənc heyvanların daha çox təhlükədə olduğu və daha ciddi nəzarət edilməli olduğu deməkdir.
Keçi təsərrüfatında otlar, yarpaqlar, budaqlar və digər zəhərli olmayan bitkilər keçilərin gəzinti zamanı qəbul etdiyi qidaların, qida rasionunun təxminən 25-50%-ni təşkil edir.
