Kəklik otunun min dərdin dərmanı olduğunu bilirdinizmi?

Hündürlüyü 20 sm-dən 35 sm-ə qədərdir. 400-ə qədər növü var. Kəklikotunun yaşıl yerüstü hissəsini bitki çiçəklədikdə və ya ondan əvvəl yığırlar. Kəklikotundan kulinariyada (xüsusilə də, konservləşdirmədə), həmçinin kosmetika və əczaçılıq sənayesində geniş istifadə olunur. Kəklikotunun ən geniş istifadə olunduğu sahələrdən biri də tibdir.
Kəklikotunun bir çox faydaları vardır. Sakitləşdirici təsirə malikdir. İmmuniteti artırır. Soyuqdəyməyə qarşı faydalıdır. Mədə-bağırsaq xəstəliklərinin müalicəsində istifadə olunur. İştahanı yaxşılaşdırır. Həzmə kömək edir. Mədə-bağırsaqları və ciyərləri təmizləyir. Ağciyər xəstəliklərinə qarşı faydalıdır. Bağırsaq qurdlarını salır. Ən yaxşı ağrıkəsicidir. Revmatizmanın müalicəsinə kömək edir. Öskürəyi kəsir. Qripə qarşı faydalıdır. Bəlğəmgətirici təsirə malikdir. Spazmalara qarşı təsirlidir. Diş ağrısını aradan qaldırır. Damaqları möhkəmləndirir. Yaraların sağalmasına kömək edir. Şəkər xəstəliyinə qarşı faydalıdır. Stresa qarşı faydalıdır. Yuxusuzluğu aradan qaldırır. Qan dövranını nizamlayır. Qanazlığını aradan qaldırır. Xərçəngə qarşı faydalıdır.
Hər bir məhsulun olduğu kim, bu məhsulun da ziyanlı tərəfləri vardır. Bu haqda ayrıca məqalə də hazırlamışıq. Belə ki, kəklikotunu çoxlu miqdarda qəbul etdikdə arteriyal təzyiqin qalxasına səbəb olduğuna görə hipertoniklərin bu məhsulu müəyyən miqdarda qəbul etmələri məsləhət görülür. Digər bitkilərdə olduğu kimi, kəklikotu da torpaqda olan toksik maddələri özündə toplayır. Buna görə ekoloji cəhətdən təmiz olmayan rayonlardan toplanan məhsul, orqanizmə ziyan vura bilər. Həmçinin mədə yarası olan insanlar üçün kəklikotu məsləhət görülmür, belə ki, o, selikli qişanı qıcıqlandırır. Lakin prostatit və kişilərin reproduktiv funksiya problemlərinə çox yaxşı təsir göstərir. Bu hallarda bitkini dəmləyib, məhlul halında içirlər
Kəklikotunun faydaları:
- Sakitləşdirici təsirə malikdir
- Soyuqdəyməyə qarşı faydalıdır
- Mədə-bağırsaq xəstəliklərinin müalicəsində istifadə olunur
- Mədə-bağırsaqları və ciyərləri təmizləyir
- Revmatizmanın müalicəsinə kömək edir
- Öskürəyi kəsir
- Bəlğəmgətirici təsirə malikdir
- Spazmalara qarşı təsirlidir
- Diş ağrısını aradan qaldırır
- Damaqları möhkəmləndirir
- Şəkər xəstəliyinə qarşı faydalıdır
- Yuxusuzluğu aradan qaldırır
- Qan dövranını nizamlayır
- Qanazlığını aradan qaldırır
- Xərçəngə qarşı faydalıdır
Yazda, may, iyin aylarında toplanan kəklikotu qurudularaq qışa saxlanır. Soyuqdəymə üçün faydalı olduğundan qışda çay şəklində istifadə edilir.
Kəklikotu çiçəyinin 9 qr-nın sirkə və duzla qarışığını ödqovucu vasitə kimi qəbul еdirlər. Kəklikotu həlimi qarında spazmanı götürür, qurdları çıxardır, həzmə kömək еdir, qusma və kolitə qarşı xеyirlidir. Şirəsi kеşniş şirəsi ilə sidik kisəsində daş olduqda və sidik tutulmasında çox xеyirlidir.
Həkimlər hamilə qadınlara, kəskin böyrək və qaraciyər xəstəliyindən əziyyət çəkənlərə kəklikotundan istifadəni məqsədəuyğun saymır.
Kəklikotu çayı – 1/2 çay qaşığı quru kəklikotu 1 fincan qaynar suda dəmlənilir. Gün ərzində bu çaydan 1-2 fincan içmək olar. Çaya zövqə görə bal, limon, bir az darçın, zəncəfil əlavə etmək olar. Kəklikotunu adi qara çayla birlikdə dəmləmək olar. Bu halda 1 çay qaşığı qara çay 1 çay qaşığı kəklikotu ilə qarışdırılır və qaynar su ilə dəmlənilir (Göstərilən dozaları artırmayın, çox miqdarda kəklikotunun qəbulu zəhərlənməyə səbəb ola bilər).