Kəklikotunun ziyanlı tərəfləri

Kəklikotu təkcə çaya ətir vermək üçün istifadə olunmur.

Bildiyimiz kimi o çox faydalıdır. Bir çox dərdin dərmanıdır. Həmçinin zövqə görə bir çox yeməyə ədviyyat kimi əlavə olunan kəklikotu ət və balıq yeməklərinə xüsusi ləzzət verir.

Lakin hər bir məhsulun olduğu kim, kəklikotunun da ziyanlı tərəfləri vardır. Bu bitkinin dəmləməsi və çayı bəzi xəstəliklər, pozulmalar və s. zamanı tövsiyə edilmir. Bu səbəbdən kəklikotunu dərman kimi istifadə etməzdən əvvəl həkimlə məsləhətləşmək lazımdır.

Kəklikotu hamilə qadınlar üçün ziyanlı sayılır. Lakin laktasiya dövründə  onun istifadəsi faydalıdır.

Kəklikotunun çoxlu miqdarda qəbul edilməsi arteriyal təzyiqin qalxmasına səbəb olur. Bu səbəbdən hipertoniklərin bu məhsulu müəyyən miqdarda qəbul etmələri  məsləhət görülür.kəklikotu ziyanı haqqında

Ekoloji cəhətdən təmiz olmayan rayonlaradan toplanan məhsul orqanizmə ziyan vura bilər.

Çünki digər bitkilərdə olduğu kimi, kəklikotu da torpaqda olan toksik maddələri özündə toplayır.

Həmçinin, mədə yarası olan insanlar üçün bu bitki məsləhət görülmür. O selikli qişanı qıcıqlandırır. Lakin prostatit və kişilərin reproduktiv funksiya problemlərinə çox yaxşı təsir göstərir. Bu hallarda bitkini dəmləyib, məhlul halında içirlər.

 

 

 

 

5 thoughts on “Kəklikotunun ziyanlı tərəfləri

  • May 11, 2018 at 10:23 səhər
    Permalink

    Kəklikotu həm də qan təziqini aşağı salır və sidikqovucudur

    Reply
  • May 12, 2018 at 3:23 axşam
    Permalink

    men demek olar hemise keklikotulu cay icirem

    Reply
    • Avqust 10, 2020 at 3:31 səhər
      Permalink

      Mən bu gün yığdım Xızının qayaliqlarindan çox gözəl ətri var.torpaqdan yığılan kəklikotu qayaligdan yığılan kəklikotundan zeifdi qayalig eladi

      Reply

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

error: Content is protected !!
Яндекс.Метрика