Kənd Təsərrüfatı Nazirliyi: Azərbaycanın qida təhlükəsizliyi ilə bağlı heç bir problemi yoxdur

Sentyabrın 27-i Ermənistanın təxribatından sonra başlayan hərbi əməliyyatlar cəbhəyanı bölgələrdə fermerlərin təsərrüfatlarına ziyan vurmaqdadır.

Agroexpert.az saytı Kənd Təsərrüfatı Nazirliyinin bu dönəmdə nə kimi addımlar atdığını və fermerlərə nələr tövsiyə etdiyini öyrəndi.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Vüqar Hüseynov bildirib ki, nazirliyin əməkdaşları cəbhəyanı bölgələrdə monitorinqlər aparır və vəziyyəti nəzarətdə saxlamağa çalışır:

“İlk olaraq onu demək istəyirəm ki, ölkənin qida təhlükəsizliyi ilə bağlı heç bir problem yoxdur. Bəli, Ermənistanın bütün beynəlxalq qanunları və konvensiyaları pozaraq mülki vətəndaşlara hücum etməsi ciddi təxribatdır. Həmin mülki vətəndaşların əksəriyyəti təsərrüfatla məşğul olan fermerlərdi və bildiyimiz kimi, bir çox təsərrüfatlara ciddi ziyan dəyib. İri və kiçik buynuzlu heyvanlar, həmçinin ev quşları bu hücumlar nəticəsində tələf olub. Belə arzuolunmaz hallar daha çox Goranboy və Ağdamın kəndlərində baş verib.

Enterotoksemiya agroexpert.az

Bu günlərdə həmin ziyan çəkmiş vətəndaşlara yardım məqsədilə bizə çoxlu sayda müraciətlər edilir. Həm adi vətəndaşlar, həm də fermerlər yardım etmək istədiklərini bildirirlər. Bu ön cəbhə ilə bərabər arxa cəbhədə də xalqımızın nə dərəcədə birlik olduğunun bariz nümunəsidir.

Həmçinin bizim Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşlarından 140 nəfər ön cəbhədə, ordumuzun sıralarında vuruşmaqdadır. Qeyd edim ki, onların 80-85%-i orduya könüllü şəkildə yollanıb. Hətta şəhidimiz də var.

Bir daha qeyd edirəm ki, Azərbaycanın qida təhlükəsizliyi baxımından heç bir problem yoxdur. Fermerlərdən, sahibkarlardan istəyimiz isə bu günlərdə işlərinə ikiqat daha məsuliyyətli yanaşmalarıdır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

error: Content is protected !!
Яндекс.Метрика