Kənd təsərrüfatımızda damcılı suvarma üsulunun inkişafı

Respublikamızda ilk dəfə böyük miqyasda damcılı suvarma sistemindən 2010-2013-cü illəri əhatə edən respublikanın əsas magistral avtomobil yollarının yaşıllaşdırılmasına dair layihələr çərçivəsində tikilib, quraşdırılmışdır. Daha sonra isə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Meliorasiya və Su Təsərrüfatı ASC-nin xətti ilə regionların müxtəlif bölgələrində tətbiq olunmağa başlanılmışdır.

Həmiçinin, artıq fərdi təsərrüfatlarda da damcı üsulu ilə suvarma sistemi həyata keçirilir. Lakin hələ də ölkədə aktual deyil, kütləvi tələb yaxdur. Buna baxmayaraq su ehtiyatı zəif olan bir ölkə üçün bu üsul çox səmərəlidir.

Damcılı suvarma sistemi nədir? Faydaları nələrdir?

Bu üsul kənd təsərrüfatı sahəsində dünyada yayılmış ən son texnologiyalardan biridir. Belə ki, bu sistemdə su boru üzərinə yerləşdirilmiş damladıcı-drippers vasitəsi ilə birbaşa bitkilərin kök zonasına çatdırılır. Xüsusi filtrlər vasitəsi ilədamcı üsulu ilə suvarma   içindəki qum, gil, yosun və s. qarışıqlar təmizləndikdən sonra su damcılar halında tökülür. Həmçinin, su ilə birlikdə ehtiyac olan gübrəni də bitkiyə ötürmək olur.

Bu suvarma sisteminin üstünlükləri çoxdur. İlk olaraq suya qənaət, keyfiyyətli suvarma və ekoloji baxımdan digər suvarma üsullarından xüsusi ilə fəqlənir. Böyük əraziləri əlverişli şəkildə suvarmağa imkan verir. Torpağın humus qatı qorunur. Qrunt sularının səviyyəsi qalxmır. Bitkilərə eyni miqdarda su payı düşür. Əkinlər arası(cərgələrin arası) quru qaldığı üçün, alaq otlarının inkişafı zəifləyir və onlarla mübarizə asanlaşır. Torpaq səthində suyun buxarlanaraq itkiyə getməsi baş vermir. Bu səbəbdəndə torpaqda çatlar əmələ gəlmir, strukturu dağıntıya məruz qalmır. Torpağın temperaturu yüksək olur. Bu da bitkini don vurmadan qoruyur. Erkən məhsul yığımına şərait yaradır. Bir sözlə bu üsul sayəsində işçi qüvvəsinə, suya, gübrəyə, torpaq itkisinə və zamana qənaət edilərək bol məhsul əldə olunur.

Damcılı suvarma sistemi necə həyata keçirilir?

Bu suvarmanın iki növü var: Mövsümi və daimi sistem. Tərəvəz bitkilərinin damcı ilə suvarılması mövsümi, bağçılığın salınması isə daimi sistemdir. Damcı ilə suvarma sistemi suqəbuledici ( su mənbəyi və nasosxana), filtrasiya stansiyaları, magistral boru kəmərləri, paylayıcı boru kəmərləri, sulayıcı bоrular üzərində qurulan su buraxıcıdan ibarətdir.

Bu sistem müxtəlif ladşafta, relyef formlarına, torpaq və bitki növünə uyğun quraşdırılmalıdır. Düzgün sistem sayəsində maili ərazilərdə eroziyaya səbəb olmadan suvarılma aparıla bilər. Bu səbəbdən damcılı suvarma zamanı ilk olaraq, suvarılacaq sahə və orada hansı bitkilərin əkilməsi dəqiqləşdirilir. Daha sonra əkin sxemindən və bitki növündən asılı olaraq müxtəlif boru və damladıcılar istifadə edilir. Suyun verilməsi üçün plastik borulardan istifadə

damcılı suvarma sisteminin üstünlüklərietmək məqsədə uyğundur. Onlar ucuz, yüngül, paslanmayandır. Ən başlıcası suvarma suyunun təmizliyi qorunur. Sahəyə su ilə lazım gəldikdə gübrələrin də verilməsini nəzərə alsaq, dəmir-çuğun borulardan istifadə etmək yol verilməzdir. Boru, şlanq və lentşəkilli xətlər torpaq üzərində, asılı vəziyyətdə və ya basdırılmış şəkildə yeləşdirilə bilər. Torpağa basdırılma zamanı qalın divarlı borulardan istifadə etmək lazımdır. Suvarma başa çatdıqdan sonra xətlər yuyulmalıdır.

Damcı üsulu ilə mürəkkəb relyefli ərazilərdə belə meyvə və həmişəyaşıl ağacları daimi su ilə təmin etmək, bərabər səviyyədə keyfiyyətli suvarmaq mümkündür. Bu proses praktiki olaraq Naxçıvan MR-də təcrübədən keçirilmiş, uğurlu nəticə sayəsində davam etdirilmişdir.

Bu üsulun fəsadları, çatışmazlıqları varmı?

Damcı sistemində su təmiz olmalıdır. Bulanıq su boruların və damcılayıcıların tutulmasına səbəb olur. Su bulanıqdısa qum filtiri və ya başqa su təmizləyicidən (süzgəcdən) mütləq istifadə etmək məsləhətdir.
Hər bir damcılayıcının normal işləməsi zamanı torpaqda 30-40sm diametrində nəm ləkə yaranır. Əgər nəm ləkə bu diametrdən az və ya tamamilə yoxdursa, deməli, damcılayıcı tutulmuşdur. Belə halda onlar ya təmizlənməli, ya da dəyişdirilməlidir.
Sistem düzgün quraşdırılmadıqda, böyük sahələrdə damcılayıcılar arasında su bölgüsü qeyri-bərabər paylanır. Həmçinin zamanla plastmas boruların gəmiricilər tərəfindən sıradan çıxma təhlükəsi var. Bu suvarma növündə digərlərindən fərqli olaraq tikinti xərcləri çoxdur. Lakin səmərəli şəkildə daha yaxşı və tez məhsul əldə etmək üçün xərc çəkməyə dəyər. 🙂

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

error: Content is protected !!
Яндекс.Метрика