Kamil Cəfərli: “AccessBank”-dan Kənd təsərrüfatı sahəsində fəaliyyət göstərənlərə 500-3 000 000 AZN-dək kredit verilir

“AccessBank” Azərbaycanda mikromaliyyələşdirmə lideri olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir”.

Bu sözləri “AccessBank”ın Mikro ve Aqro müştərilər departamentinin meneceri Kamil Cəfərli Agroexpert.az saytına “AccessBank”-ın kənd təsərrüfatı sahələrinə verdiyi dəstəkləri danışarkən deyib.

Onun sözlərinə görə, “AccessBank” Azərbaycanda mikromaliyyələşdirmə lideri olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bank tərəfindən son 1 ildə aqro sahəsində fəaliyyət göstərən 3800  müştəriyə 20 000 000 AZN kredit verilib. Bundan başqa, “AccessBank” kənd təsərrüfatında çalışanlara Aqrar Kredit və İnkişaf Agentliyi ilə əməkdaşlıq çərçivəsində də güzəştli kreditlər təqdim edir.

Bankın Kənd təsərrüfatının inkişafı üçün həyata keçirdiyi və iştirak etdiyi layihələrdən danışan sözcü “AccessBank”-ın bir neçə layihədə iştirak etdiyini qeyd edib.

“Son olaraq Prezident İlham Əliyevin Fərmanına əsasən, kənd təsərrüfatına dövlət dəstəyi layihəsi olaraq, Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) vəsaiti hesabına tərəfimizdən 15 000 AZN-dək mikro kreditlərin verilməsinə başlanılıb. Layihə bu ilin aprel ayında start götürüb və bank sahəsində ilk mikro kredit “AccessBank” tərəfindən verilib. 3 ay ərzində Bankımız tərəfindən AKİA vəsaiti hesabına 376 fermerə 4 107 800AZN dəyərində güzəştli kreditlər təqdim edilib”.

Keçın yazımızda “Azərbaycan Beynəlxalq Bankı” tərəfindən AKİA və SİF-in güzəştli vəsaiti tələblərinə uyğun layihələr üçün ayrılan güzəştli kreditləri məlumat vermişdik. “AccessBank” kənd təsərrüfatı üçün ayrılan güzəştli kreditləri ilə kiçik sahibkarların və kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan müştərilərin daim yanındadır.

Belə ki, bank, kənd təsərrüfatına dəstək olaraq, qeyri-mütəmadi gəlirlərə malik fermerlərə 9 ay güzəşt olmaqla, 12 ay müddətinə qədər 15 000 AZN-dək kredit təklif edir. Bu məhsul üzrə 1 ildə 250 kredit rəsmiləşdirilib və fermerlərə 1 500 000 AZN vəsait verilib.

Mövzumuzla bağlı ətraflı məlumat verən müsahibimiz Kamil Cəfərli digər suallarımızı da cavablayıb.

Kreditlərin həcmi maksimum və minimum necədir?

Kənd təsərrüfatı sahəsində fəaliyyət göstərənlərə 500 AZN-dən başlayaraq, maksimum 3 000 000 AZN-dək kredit verilir.

Ayrılan kreditlər daha çox hansı növ sahibkarlar (kiçik, orta, böyük) üçün nəzərdə tutulur?

Əsasən ayrılan vəsaitlər kiçik sahibkarlar üçün nəzərədə tutulub. Belə ki, son 1 iI ərzində “AccessBank” tərəfindən müvafiq kateqoriyaya daxil sahibkarlarla 50 000 kredit mqaviləsi imzalanıb və 310 000 000 AZN dəyərində vəsait təqdim olunub. Bu məbləğin təqribən 88%-i kiçik sahibkarlar verilib.

bank-kənd-təsərrüfatı-agroexpert.az_
Əkinçilik yoxsa maldarlıq təsərrüfatı üçün daha çox müraciət edilir?

Hər iki sahəyə kreditlər ayrılır və bu sahələrə il ərzində 21 535 kredit və ümumi olaraq, 88 000 000 AZN dəyərində vəsait təqdim olunub. Maliyyələşmə üçün isə əsasən, maldarlıq fəaliyyəti ilə məşğul olan fermerlər müraciət edir. Verilmiş kreditlərin 86%-i, yəni 75 000 000 AZN maldarlıq fəaliyyəti ilə məşğul olan sahibkarlara təqdim olunub.

Niyə fermerlər bankdan kredit götürməkdən çəkinirlər?

Fermerlər ilkin dövrlərdə məhsullarının daha az satılacağından ehtiyat edərək, banklardan kredit əldə etməkdən çəkinirlər. Bunu nəzərə alaraq, biz fermerlərə 9 ayadək güzəşt müddəti ilə kredit təqdim edirik. 

Fermer və sahibkarlara nələr təklif edərdiniz?

Fermer və kiçik sahibkarlara əldə etdikləri vəsaitləri ilkin olaraq bizneslərinin inkişafına sərf etmələrini və həmin fəaliyyətdən əldə etdikləri mənfəəti digər sahələrə yönəltmələrini məsləhət görürük.

One thought on “Kamil Cəfərli: “AccessBank”-dan Kənd təsərrüfatı sahəsində fəaliyyət göstərənlərə 500-3 000 000 AZN-dək kredit verilir

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

error: Content is protected !!
Яндекс.Метрика
Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 5107

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 5107