Kərəvizin faydalı olduğu xəstəliklər və müalicə üsulları
Ötən məqaləmizdə kərəviz bitkisi haqqında geniş məlumat vermişdik. Bu gün isə onun faydalarından, müalicəvi xüsusiyyətlərindən bəhs edəcəyik.

Kərəviz xalq təbabətində geniş istifadə olunan bir birkidir. Zəngin tərkibi ilə bir çox xəstəliklərə qarşı ən yaxşı müdafiə vasitələrindəndir.
Onun tərkibindəkilər oynaqlarda olan şişkinliyi aradan qaldırır və oynaq ağrılarının azalmasına səbəb olur.
Kərəvizin faydaları…
Kərəvizin sidik qovucu xüsusiyyəti böyrəklərdə və sidik kisəsində olan duzların xaric olunmasını sürətləndirir. Kərəviz qanda qlükozanın miqdarının azalmasına və maddələr mübadiləsinin yaxşılaşmasına səbəb olur. Kərəviz orqanizmin tonusunu yüksəldir, onun fiziki qüvvəsini artırır.
Kərəvizin faydalarından biri sinir sisteminə müsbət təsir göstərməsidir. O, qandakı stress hormonunun miqdarını aşağı salır.
Kərəviz toxumları sidik turşusunun miqdarının normallaşmasına səbəb olur. Bu səbəbdən də sidik kisəsinin sistit problemlərini, qara ciyər xəstəliklərinin əlamərlərinin azalmasına səbəb olur.
Xərçəngə qarşı kərəviz

Sağlam qidalanma mütəxəssisi İpək Ağacanın verdiyi məlumata görə, kərəvizin kökü və saplağı yüksək antioksidant təsirə malik olduğu üçün xərçəng hüceyrələrinin çoxalmasının qarşısını alır. İltihab önləyici olan kərəviz, həm də detoks təsiri ilə tanınır.
Yanıqları sağaltmaq üçün…
Kərəvizi ət maşınından keçirib suyunu sıxıb və eyni miqdarda ərinmiş kərə yağı ilə qarışdırdıqdan sonra yaraları, iltihabi prosesləri və yanıqları sağaltmaq mümkündür.
Qəbizliyə və yüksək təzyiqə qarşı kərəviz sapı
Lif baxımından zəngin olan kərəviz həzm sisteminin fəaliyyətini yaxşılaşdırır. Bunun üçün 1 ədəd kərəviz sapını qatığa, salatlara və ya yeməklərə əlavə edərək yeyin. Bundan başqa, kərəviz sapı təzyiqi aşağı salmağa yardım edir.
Kərəviz yeyərək ideal çəkini qorumaq mümkündür
Kərəvizi həm yeməklərə qatıb, həm də çiy şəkildə qatıq və bir qaşıq zeytun yağı ilə qarışdıraraq salat kimi də yemək olar.

Kərəvizin faydaları saymaqla bitmir. O həm də artıq çəki problemi olanlar üçün ən yaxşı qidalardan biri sayılır. Çünki kərəviz aşağı kalorili bitkidir. Arıqlamaq istəyənlər qidalanma rasionuna kərəviz əlavə etsələr, müsbət nəticə əldə edə bilərlər. Belə ki, 100 qram kərəviz yedikdə 16 kalori qəbul etmiş oluruq. Ancaq həmin 100 qram kərəvizi həzm etmək üçün orqanizmdən daha çox enerji tələb olunur ki, bu prosesdə insan daha çox kalori sərf etmiş olur.