Kimya müəllimi siçanlara 2 həftə cipsi yedirtdi və şok nəticə..

Şagirdlərinə yedikləri fast-food, içdikləri qazlı suların nə qədərə zərərli olduğunu sübut etməyə çalışan kimya müəlliminin əldə etdiyi nəticə hər kəsi şoka saldı. Belə ki,

Dnepropetrovsk məktəblərinin birində kimya müəllimi uşaqların fast-food və marketlerdən alınma zərərli qidaları hər gün yediyini görüb. Onlara bu qidaların fəsadını göstərmək üçün elə məktəbdəcə təcrübə keçirmək qərarına gəlib.

Müəllim məktəbin laboratoriyasında 12 siçan üzərində şagirdlərlə birgə bu maraqlı təcrübəni aparıb.

sicanlar üzərində təcrübə aparıldı

Siçanları 4 qrupa bölərək, ayrı qəfəslərdə saxlayıb. Birinci qrupa hər gün çipsi və qazlı, şirəli su verib. İkinci qrupa suxarilər, üçüncü qrupa E 621 maddəsi qatılmış (kolbasa, sosis və fast-food-da olur) qidalar, dördüncü qrupa isə meyvə, dənli bitkilər və adi su verilib. Siçanlar 2 ay bu qayda ilə qidalandırılıb.

Nəticə hər kəsi şoka salıb. Birinci qrupdakı siçanlar 2 həftədən sonra bir-bir ölməyə başlayıblar. Ölməzdən əvvəl onların tükü tökülüb, gözləri tutulub.

Sonra ekspertiza göstərib ki, bu siçanlar qaraciyər sirrozundan və gözün torlu qişasının iltihabından ölüblər.

İkinci qrupdakılar da 2-3 həftə ərzində həzm orqanları sıradan çıxmış, zəifləmiş vəziyyətdə olublar.

fast-food cipsi yeyen kola içən siçanın şok nəticələri

Üçüncü qrup maddə qatılan qidanı (kolbasa, sosis və fast-food ) yeyən siçanlar aqressivləşmiş, davranışları dəyişmişdi.

Normal qida ilə qidalanan dördüncü qrupun siçanları isə aktiv və yaxşı qalmışdılar.

Bu nəticələri gözləri ilə görən şagirdlər qorxaraq söz veriblər ki, bir daha fast-food, zərərli qidalar yeməyəcəklər.

Müəllim belə təcrübələrin 100 dəfə deməkdənsə, bir dəfə görmək yaxşıdır prinsipi ilə daha yaxşı işə yaradığını bildirib.

İflic olmuş siçanlar insanların kök hüceyrələri vasitəsiylə hərəkət ediblər..

Mənbə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

error: Content is protected !!
Яндекс.Метрика