Kişmişin faydaları və istifadəsi

Üzüm zəngin qida dəyəri olan meyvələr arasındadır. O həm təzə, həm də qurudulmuş halda istehlak edilir. Qurudulmuş üzümə daha çox kişmiş deyilir. Kişmiş  çərəz, peçenyə və yeməklərdə istifadə olunur.

Bu məqaləmizdə sizə kişmişin faydalarından bəhs edəcəyik.

Yüksək qida dəyəri olan kişmiş insan orqanizmi üçün çox faydalıdır.

Kişmiş kalium və kalsium vitaminləri ilə zəngindir. Həmçinin kişmişin tərkibində müəyyən miqdarda dəmir də var.

kişmişin faydası agroexpert.az
100 q. kişmişin qida dəyəri budur:
  • – 100 q. kişmiş 304 kkal kimi hesablanır.
  • – Lif dəyəri – 3,4 q
  • – Karbohidrat – 66,8 q
  • – Yağ – 1.3 q
  • – Zülal – 3,0 q

Kişmişin ən bilinən faydası qaraciyərə təsiridir. O qaraciyərin təmizlənməsinə, toksinlərin zərərsizləşdirilməsinə və yüksək performansla işləməsinə kömək edir. Bu təsiri bağırsaqların təmizlənməsinə və daha sağlam olmasına kömək edir.

Bədənin ehtiyac duyduğu enerjinin böyük qismini qarşılayır. Tərkibindəki mikroelementlər və lif sayəsində qatqısız enerji mənbəyi olaraq göstərilir. İdmanla məşğul olan və daha çox zehin işləri görən insanlara daha enerjili olmağa kömək edir.

Qan təzyiqini tənzimləyir və damar xəstəliklərinin meydana gəlməsinin qarşısını alır. Lif, kalium və antioksidanlarla zəngin olduğundan damar sağlamlığını qorumaqda çox təsirlidir.

Qanda zərərli xolesterolu aşağı saldığı da məlumdur. Mütəmadi olaraq istehlak edilən kişmiş insanların sağlam qalmasına kömək edir.

Çəyirdəkli (dənəli) qara kişmişin faydalı qida kimi istehlak edilməsi tövsiyə olunur. Mütəxəssislər qara kişmişin xüsusilə çəyirdəklərini əzərək yeyilməli olduğunu deyirlər. Eyni zamanda qara kişmiş çəyirdəyi üyüdülərək də istehlak olunur.

Çəyirdəkli qara kişmişin faydaları aşağıdakılardır:

  • – Qara çay istehlakının artması nəticəsində əllərdə və ayaqlarda qaşınma baş verə bilər. Qara kişmiş istehlakı bu qaşınmanın keçməsini təmin edir.
  • – Psoriasis və ekzema kimi qaşınmaların keçməsinə kömək edir.
  • – Allergiya və stresin səbəb olduğu qaşıntıları yaxşılaşdırır. Bunun üçün gündə 4-5 ədəd istehlak etmək faydalıdır.
  • – Göz sağlamlığının qorunmasında əhəmiyyətli dərəcədə faydalıdır.
  • – Qara kişmiş arteriosklerozun yaranmasının qarşısını alır. Bu şəkildə insanı ürək-damar xəstəliklərindən qoruyur.

Kişmişin istifadəsi zamanı nəzərə alınmalı olan şeylər

Üzümdə şəkərin miqdarı olduqca yüksəkdir. Buna görə diabet xəstələri kişmiş istifadə miqdarına xüsusi diqqət yetirməlidirlər. Bunun üçün həkimlərinə müraciət edərək lazımi miqdarı qəbul edə bilərlər.

Qan təzyiqi və damar xəstəlikləri kimi ciddi problemləri olan şəxslərə də kişmişdən həkimin razılığı ilə istifadə etmək tövsiyə olunur. Həddindən artıq istifadə edildikdə kişmiş  sağlamlıq problemləri yarada bilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

error: Content is protected !!
Яндекс.Метрика
Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 5107

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 5107