Kiyev Agro 2019 sərgisi

Bu ay Kiyev Agro 2019 sərgisi təşkil  olundu. Agroexpert.az saytının nümayəndə heyyəti də bu sərgidə iştirak etdib. Kiyev Aqro 2019 sərgisi Qlobal kənd təsərrüfatı sektorunda lider ölkələrlə əməkdaşlıq imkanlarını, həmçinin özəl biznes və hökumət, Assosiasiyalar arasında unikal dialoq platformasını təmin edən işgüzar tədbir idi. Kənd təsərrüfatı texnikasının və avadanlığının yeni məhsulları, yüksək məhsuldar ev heyvanları cinsləri, kənd təsərrüfatının bütün sahələrində müasir aqrotexnologiyalar nümayiş olundu.

agroexpert_Az kiyev agro sergi
Sərgidə iştirak edən yerli və xarici ölkələr öz texnika və məhsullarını nümayiş etdirdilər.

Həmçinin bir sıra konfranslar təşkil olundu. Sərgidə kənd təsərrüfatının gələcəyi olan texnika və texnologiyalar nümayiş olundu. Keçirilən konsfranslarda  onların tanıtımı aparıldı, müzakirələr edildi.  Ən böyük konfranslardan biri Drone.ua brendinin sahibi  Smart Trading təşkilatçılığı ilə həyata keçən Agroİnnovasiya 2019  konfransı oldu.

Ən böyük konfransı Drone.ua şirkəti təşkil etmişdi. Şirkət kənd təsərrüfatı dronlarının yeni nəslini təqdim etdi.

Sərgidə və Agroİnnovasiya 2019 konfransında Ukraynanın Kernel şirkətinin iştirakı xüsusi ilə seçilirdi.  Şirkət Ukraynanın ən böyük kənd təsərrüfatı şirkətlərindən biridir. Milyon hektarlarla əkin sahəsinə sahibdir. Bu şirkət həmçinin Drone.ua – nın partnyorudur.

agroexpert_Az kiyev agro sergi

Dron.ua həmçinin kənd təsərrüfatında böyük fayda verən dronlarını təqdim edib. Ən son istehsal olunan və özəl funksiyalara sahib dornlar böyük diqqət toplaya biliblər. Qerd edək ki, artıq Agroexpert.az saytı da Dron.ua – nın partnyorudur.

AgroRTK – GPS əsasında texnikalara dəqiq koordinanatlar verilir və texnikalar əkin sahələrində avtomatik şəkildə AvtoPilot rejimində işləyə bilirlər. Əsasən GPS, GLONASS sistemləri ilə işləyir.

AgroRTK- nın sahibkarlara qazandırdıqları nələrdir?

Onun sayəsində iş üçün ayrılan zamana qənaət etmək mümkündür. Beləki, görüləcək işin hansı zamana yerinə yetirilə biləcəyini dəqiqləşdirir. Həmçinin məhsu itgisinin qarşısını alır. Texnikanın tam sahədə, cərgələr və sıralar üzrə düzgün işləməsini təmin edir.

AgroCares- Bu proqram sayəsində bütün ölkə üzrə torpaq məlumat bazası yaradıldıqdan sonra, lazımi avadanlıqla 10-15 dəqiqə ərzində ilkin tproaq analizi (Ph strukturu) əldə etmək olur.

Qeyd edək ki, Sərgi 4-7 iyun tarixində keçirilib. Və sevindirici bir xəbər vərək ki, yaxın zaman ərzində Agroexpert.az saytı AgroRTK-nı Azərbaycanda təmsil edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

error: Content is protected !!
Яндекс.Метрика