Kökəlməyə səbəb olmayan meyvə
Kökəlməyə səbəb olmayan xurma

Xurmanın növləri
Xurmanın təxminən 500 növü olur və onun vətəni Çin hesab edilir. Ən çox Cənub-Qərbi Asiya, İspaniya, Türkiyə, Amerika və Avstraliyada yetişdirilir. XIX əsrin axırlarından etibarən məşhurlaşmağa başlayıb. Azərbaycanda da daha çox cənub bölgəsində, Göyçay, Ağdaş, Zaqatala rayonlarında Şərq xurması növü becərilir. Ondan başqa Qafqaz və Virgen xurması olmaqla daha iki növ yabanı xurmaya da rast gəlir.
Xurmanın xüsusiyyətləri
Şərq xurmasının tərkibində 13-16 faiz qlükoza və fruktoza şəkəri, üzvü turşular, yod birləşmələri və digər vitaminlərlə doludur. Ümumi zəiflik, qan azlığı, vitamin çatışmazlığı zamanı çox faydalıdır. Ürək-damar xəstəliklərinin müalicəsinə çox müsbət təsir göstərir. Tərkibində olan fosfor beynin tələbatını ödəyir . Mütəxəssislər onun acqarına yeyilməsini məsləhət görmürlər, cün ki, onun tərkibində kifayət qədər dəmir var. Mədəyə zərər verə bilər.
Xurmanın özü qədər qabığı və tumları da vitaminlərlə zəngindir. Təcrübə göstərir ki, onun meyvələri nə qədər yeyilsə də, kökəlməyə səbəb olmur. Hətta onun tumlarını qurudaraq, üyüdəndən sonra, kofe kimi dəmləyib içmək olar. Həm təbii, həm də faydalıdır.