Komputerinizə wordpress qurmaq

Keçən məqalədə sizə wordpress.org və wordpress.com arasındakı fərqi izah etmişdik. Rezyume olaraq demişdik ki, əgər siz texniki detallarla məşğul olmaq istəmirsiniz və sadəcə bloqda biznes və ya marağınızla bağlı işlər görmək istəyirsinizsə saytı wordpress.com-da açıb illik 50-100 dollar xərc çəkmək kifayətdir. Yox əgər istəyirsinizsə hər şeyi özünüz edəsiniz (təbii ki, bu daha çox imkan və daha az xərc deməkdir) o zaman wordpress.org-dan xoşunuza gələn şablonu (theme) komputerinizə qurub üzərində dəyişikliklər edib (logo, rəng filan) hansısa serverə (host) yükləyirsiniz.

Bu məqalədə sizə öz lokal komputerinizə wordpress qurmaq barədə bəhs edəcəyik.

1. Bunun üçün  https://www.apachefriends.org/ru/index.html veb ünvana keçid edin. Burdan siz əməliyyat sisteminizə uyğun XAMPP qurursunuz. Qurarkən c:\XAMPP direktoriyasın seçin.

XAMPP məşhur Apache server sistemin bir distributividir. Bildiyiniz kimi komputerinizdə yazdığınız veb saytları işlədə bilmək üçün bir köməkçiyə ehtiyacınız var yoxsa veb sayt adi fayl kimi açılacaq. Bax bu köməkçi sistemlərdən ən məşhurları Apache və İİS-dir. Mən uzun müddət Visual Studio-da kodlaşdırdığım üçün İİS istifadə edirdim. Amma wordpress php ilə kodlandığı üçün Apache istifadə etməyə məcburuq.

2. XAMPP qurduqdan sonra https://wordpress.org ünvanına keçid edib  hazır wordpress şablon yükləməliyik.

agroexpert wordpress qurmaq

Bax bu şablon ki var haa, onu çox güclü proqramçılar bəlkə də aylarla yazıblar. Amma biz onu pulsuz yükləyib hazır istifadə edirik. Bunun üçün Download WordPress düyməsinə tıklayırıq.

Yüklədiyimiz qovluğu XAMPP qovluğundakı htdocs qovluğuna atırsınız. Saytın adını website1 qoyun hələlik.

3. XAMPP serveri start edin.

agroexpert_xampp

Artıq komputeriniz bir veb serverdir və yüklədiyiniz saytı açaq. Bunun üçün veb brovzerdən bu ünvana keçin:  localhost/website1 (Əgər port nömrəsin dəyişmisinizsə  localhost:8080/website1)

Sayt açılmırsa xəta üçün bura baxın.

4. Öncə saytımız üçün database açmalıyıq ki, bütün informasiya orda saxlanılsın. Creating a MySQL database for your local WordPress siteBunun üçün  veb brovzerdən localhost/phpmyadmin ünvanını açıb, Database bölümünə keçirik. (Açılmasa XAMPP server start etməmisiniz deməkdir) Database üçün saytla eyni adı verib Create düyməsinə tıklayırıq. Database hazırdır.

5. localhost/website1 ünvanına geri qayıdaq. Lets go düyməsinə baslb davam edirik. Burdan sonrasını server özü sizə deyəcək. Username olaraq root, parol olaraq isə hələlik boş da buraxa bilərsiniz. Login etdikdən sonra artıq saytınıza girə bilərsiniz.

Hələlik çox detallar girmək istəmirəm. İşin böyük hissəsi özü sizə yardımçı olacaq. XAMPP server qurduqdan sonra bir neçə saytı htdocs qovluğuna atıb sazladıqdan sonra çox rahatlıqla sayt üzərində işlərinizi görə bilərsiniz. Bir sonrakı məqalədə lokal hazırladığınız saytı hosta necə yükləmək barəsində danışacayıq. 

 

 

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

One thought on “Komputerinizə wordpress qurmaq

  • Temmuz 27, 2018 tarihinde, saat 8:46 am
    Permalink

    It is really a nice and helpful piece of information. I am
    satisfied that you shared this useful info with us.

    Please keep us informed like this. Thanks for sharing.

    Yanıtla

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

error: Content is protected !!
Яндекс.Метрика
Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4673

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4673