Xalq təbabəti: küknar tozu
Bu yaxınlarda Maxaçqalaya qonaq getmişdim. Şeyx Şamilin kəndinə, dağlara çıxmışdıq. Təbiət burda anladılmayacaq qədər vəhşi gözəlliyə sahibdir. Orda avar dostum söhbət əsnasında övladımın asmatik olduğunu öyrənmişdi. Geri qayıdanda mənə balaca torbalarda sarı toz verdi. Dedi bu küknar tozu astmanın dərmanıdır. Mən də qərar verdim bu küknar tozu ilə bağlı bir balaca araşdırma edim və sizinlə də bölüşüm.
Tərkibi
Küknar tozu may ayında “çiçəkləyərkən” əmələ gəlir. Tərkibində zülal, yağ, lipid və bir-neçə cür amin turşular vardır. Çoxlu flavonoid vardır.
Küknar tozunda olan:
- vitamin kompleksi: karotin, E, В1,В2, В6, В12, С
- makroelementlər: kalium, kalsium, maqniy, fosfor
- mikroelementlər: dəmir, marqans, sink və Se
Küknar tozu ilə müalicə
Bax bu qədər zəngin tərkibinə görə küknar tozu çox faydalıdır. Bu toz endokrin və ürək sisteminin fəaliyyətini normallaşdırır, qanda xolestrini azaldır. Şişə müqavimət göstərir, sidikqovucudur, sidik kisəsinin işini tənzimləyir.
İştah artırıcıdır, immun sistemi gücləndirir, fiziki və zehni əmək qabiliyyətini yüksəldir, potensiyanı artırır. Həmçinin inanılır ki, ömür uzadan təbii vasitədir. Təbii Allahın izin və iradəsi çərçivəsində.
Əsəb sistemi problemi olanlar da küknar tozundan hazırlanmış reseptləri qəbul etsələr faydalı olar. Nervoz, depressiyaya qarşı effektivdir. Əhval-ruhiyəni yüksəldir.
Hazırlanması və tətbiqi
Rusiyada idmançılara yarışdan əvvəl immuniteti qaldırmaq və yorğunluğu atmaq üçün küknar tozu verirlər. Həmçinin cərrahi əməliyyatlar zamanı da orqanizmin fəaliyyətini tez bərpa etmək üçün tətbiq edilir. Böyüklərdə və kiçiklərdə küknar tozunun dozası fərqlənir.
Resept #1: 1 yemək qaşığı bala 1-2 qram küknar tozunu əlavə edib yaxşıca qarışdırın, yeməkdən 30-40 dəq əvvəl qəbul edin.
Resept #2: 1 stəkan küknar tozuna 1 stəkan bal əlavə edib qarışdırın. Qapağı bağlayıb soyuducuya qoyun ki, 3-4 həftə fermentasiya olsun. Hər gün bir neçə dəfə yeməkdən yarım saat əvvəl çay qaşığının ucunda qəbul edin.
Hipertoniya üçün resept: Hipertoniya xəstəliyi yeni başlayan insanlarda küknar tozu ilə müalicə çox effektlidir. Müalicə 2-3 həftə davam edir. Gün ərzində 2-3 dəfə yarım çay qaşığı küknar tozu süd və ya balla qəbul edilir.
Küknar tozunu qarışdıran zaman ehtiyatlı olun. Onlar tez havaya uçuşurlar. Gün ərzində maximum 3-4 qram küknar tozunu 2-3 dəfəyə qəbul etmək olar.
Digər türkəçarə və xalq təbabəti üsulları üçün saytımızın bu bölümündə məqalələrə baxa bilərsiniz.