Ləzzətli və faydalı balıq şorbası (RESEPT)

Qış aylarında şəfalı bir şorba yemək istəyənlər mövsümün ən təzə balıqları arasında yer alan ləvrək ilə ləzzətli şorba hazırlaya bilər. Balıqşorbası, Omega-2 baxımından olduqca zəngindir. Eyni zamanda içərisinə əlavə olunan tərəvəzlərlə immunitet sisteminizi gücləndirə bilərsiniz. Agroexpert.az ləzzətli və şəfalı balıq şorba reseptini təqdim edir.

baliq sorbasi
Tərkibi:
  • 6 ədəd ləvrək balığı
  • 6 stəkan su
  • 3 xörək qaşığı zeytun yağı
  • 1 ədəd baş soğan
  • 1 ədəd yerkökü
  • 1 ədəd kərəviz sapı
  • 1 diş sarımsaq
  • 1/2 dəstə cəfəri
  • 1 ədəd dəfnə yarpağı
  • 1/2 çay qaşığı zərdəçal
  • 1/2 çay qaşığı keşniş toxumu
  • 1 çay qaşığı dənə istiot
  • 1 çay qaşığı duz
  • 1/2 ədəd limonun suyu
Sousu üçün:
  • 1 ədəd limon suyu
  • 1 ədəd yumurta sarısı
Hazırlanma qaydası:

Balıqları axar suda təmizləyin və bir qazanının içinə qoyub üzərinə soyuq su əlavə edin. Kərəviz sapı, yerkökü və soğanları doğrayaraq qazanın içinə əlavə edin. Tərəvəzlərin üzərinə cəfəri, dənə istiot, sarımsaq,dəfnə yarpağı, limon suyu, zərdəçal, keşniş toxumu, duz və zeytun yağını da əlavəedin. Orta odda bişirdikdən sonra şorbanı süzün. Bişən balıqları kənara ayırın.Bişən tərəvəzləri blenderdən keçirin və qazana tökün. Şorbanın içərisinə bişmiş balıqları kiçik parçalar halında əlavə edin. Ən sonda sousunu hazırlayıb şorbaya əlavə edin və ocaqdan götürün. Şorbanı isti-isti süfrəyə verin.

Nuş olsun!

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

error: Content is protected !!
Яндекс.Метрика