Limonun fərqli şəkildə istifadəsi

Limonun faydaları saymaqla bitmir. C vitamini ilə zəngin olan limon soyuğa, qripə qarşı immunited sistemimizi gücləndirir.

Bəs limonun faydalarından daha çox yararlanmaq üçün ondan necə istifadə etmək lazımdır?

Mətbəxdə daha çox istifadə olunan limonun günlük həyatımızda fərqli şəkildə necə istifadə olunduğu ilə maraqlanırsınızsa, bu məqalə tam sizin üçündür…

limonun fərqli şəkildə istifadə olunması

               Limondan xüsusi olaraq mətbəx və hamam təmizliyində istifadə edə bilərsiniz…

Üzə və dırnaqlara bir başa limon suyu sürtərək göz altı qırışların azalmaısına, güclü dırnaqlara sahib ola bilərsiniz. 

Limon və duzdan istifadə edərək mətbəx taxtasını diznfekt etmək  mümkündür. Duzu taxtanın üstünə tökün və yarım limon ilə taxtanın üzərini ovalayın.

Ayaqqabınızda yaranan pis qoxudan şikayətçisinizsə, limon köməyinizə çatacaq. Limonu iki hissəyə bölüb ayaqqabınızın içərisinə qoyun. Bir gecə bu şəkildə qalsa bəs edir. Qoxu yox olacaq.

Ağ paltarlarınızın və yataq örtüklərinizin daha ağ olmasını istəyirsinizsə, onları paltaryuyana qoymazdan öncə yarım saat limonlu suyun içində saxlayın.

Soyuducunu limon suyu ilə silsəniz, həm pis qoxuların qarşısını alacaq, həm də dezinfeksiya olacaq.

Təzə cücərən bitkinin üzərinə limon suyu sıxsanız, bitkinin daha tez böyüməsinə köməklik edəcək.

Limon yaz yalarında üzə çıxan çillərin yox olmasına köməklik edər. Həmçinin cildə parlaqlıq verir, infeksiyanın qarşısını alır. Bal və limon qarışığını həftədə iki dəfə sızanaqların üstünə çəkildikdə işıltılı cildə sahib olacaqsınız. Bu masqa sızanaqlarla mübarizə ilə yanaşı, qırışıqların da azalmasına, dərinin canlı görünməsinə səbəb olacaq.

Limonun faydaları sırasına daxildir…

limonun fərqli istifadəsi. limon haqqında məlumat

Dırnaqlarımızın sağlamlığı üçün limona ehtiyacımız var.

Dırnaqlarınızın sağlam uzanmasını istəyirsinizsə, hər gün dırnaqlarınıza limon suyu sürtün. Bir saata yaxın əllərinizi yumayın.

Səhərlər yeyilən bal və limon qarışığı immunitedi gücləndirir, həzim sisteminin daha yaxşı işləməsinə köməklik göstərir.

Limon qabıqlarından istifadə edərək ətirli dekorativ şamlar hazırlamaq mümkündür.

Deodorant olaraq istifadə edə bilərsiz. Bal, yulaf əzməsi və limon suyunu qarışdıraraq əldə etdiyiniz masqanı qolaltına sürtün. 30 dəqiqə gözləyin və ilıq su ilə durulayın.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

error: Content is protected !!
Яндекс.Метрика