Maraqlı və qazanc gətirən quş
Atalar misalında deyildiyi kimi, dəvəquşu – yükə gələndə qanadını göstərər.

İtiqaçan, isti ölkələrdə yaşayan, lakin uça bilməyən çox böyük quşdur. Afrika dəvəquşusu heç uça bilməyərək hər zaman yerdə hərəkət edir. Dəvəquşu indiki quşların ən böyüyüdür. Erkək dəvəquşular 2 m 75 sm-ə qədər hündürlükdə və 75 kq-dək ağırlıqda olurlar.
Boynu və ayaqları, həmçinin 65 km-dək qaça bilməsi ilə tanınır. Quşun elmi adı yunan dilində “sərçə dəvəsi” mənasını verməkdədir.
Boynunun uzun olması və əla görmə qabiliyyəti dəvəquşuna təhlükəni uzaqdan görməyə imkan verir. Uzun ayaqlarının sayəsində saatda 70 kilometr sürətlə qaça bilir və bu da ona vəhşi heyvanlardan canını qurtarmağa kömək edir. Dəvəquşu ətrafı uzaqdan müşahidə edə bildiyi və qaçmaq üçün heç bir maneənin olmadığı açıq sahələrdə yaşamağa üstünlük verir.
Dəvəquşular 90-130 kq ağırlığında olur. Bəzi erkək dəvəquşuların ağırlığı 155 kq-ma qədər çıxır. Yetkin erkək dəvəquşuların tükləri əsasən qaradır, qanadlarında və quyruğunda bəzi yerlər ağdır.
Dişilər və gənc erkək dəvəquşular boz qəhvəyidir. Qanadlar erkək dəvəquşular tərəfindən cütləşmə dövründə özünü nümayiş etdirmək üçün, həmçinin düşmənlərini qorxutmaq üçün istifadə edilir. Eyni zamanda dəvəquşular balaları üçün kölgə təmin edir.

Dəvəquşuların tükləri yumşaqdır və izolyasiya məqsədinə xidmət edir.Dəvəquşunun barmaqlarının hər ikisində pəncələr vardır. Dəvəquşunun qüvvətli ayaqları tüksüzdür. Dəvəquşular bütün quru heyvanlar içərisində ən böyük gözlərə malikdir. Gözləri həm Afrikanın günəşindən, həm də küləyin qaldırdığı tozdan qorunmaq üçün uzun qara,qalın kirpiklərlə əhatələnib. Dəvəquşulardan başqa heç bir quşda sidik kisəsi yoxdur.
Öz yuvasını kiçik yarğanlarda, qumun içində quraraq üstünü yumşaq bir şeylə örtür.
Dişi dəvəquşu yuvaya 3-8 yumurta qoyur və ailənin hər iki üzvü növbə ilə bu yumurtaların üstündə yatır. Dişi quşun rəngi boz olduğundan ətrafdakı qumlardan bir o qədər də seçilmir. Bu səbəbdən o, yumurtalarının üstündə gündüz yatır. Qara lələklərin çoxluq təşkil etdiyi xoruz isə bu işlə gecələr məşğul olur.
Bu nəhəng quşun yumurtası da nəhəngdir. Bəzən çəkisi 1,5 kiloqrama çatan cücə çox sərt qabıqlı yumurtadan çıxmaq üçün bütün günü əlləşməli olur. Dəvəquşunun dimdiyi çox qısa, yastı və sərtdir. Otları və bitkiləri kökündən qazıb çıxarmaq, həşəratları, kiçik məməliləri və ilanları tutub yemək üçün çox münasibdir.