Mədəaltı vəzi üçün mualicəvi təbii məhsullar

Bizim ətrafımızı çox faydalı məhsullar əhatə edir, amma onları haqqında bilmirik…

mədəaltı vəzi üçün

Mədəaltı vəzi üçün təbii məhsullar

Bu gün sizə mədəaltı vəzi üçün faydalı olan məhsullar haqqında bəzi məlumatları təqdim edirik.
İnternetdə çox reseptlər olduğu üçün insanlar bilmir hansını seçsin. Ancaq, biz burda sizi hər evdə olan faydalı məhsullarla tanış edəcəyik.

Aşağı faizli (1% yağ tərkibli) kefir ilk olaraq 50 ml (təxminən ¼ fincan) qəbul edilir. Kefiri gecə yatmadan 40-60 dəqiqə əvvəl içmək tövsiyyə edilir. Süd məhsulunun axşam qəbul edilməsi daha xeyirlidir, çünki kefir yüngül şam yeməyini əvəz edir.

mədəaltı vəzi üçün

Gənc kartof. Bunun üçün orta ölçülü iki kartof lazımdır. Onları hərtərəfli yumaq və qabığını təmizlədikdən sonra, əgər sokçəkən maşını yoxdursa, sürtgəçdən keçirtmək və süzgəcnən suyunu sıxmaq lazımdır. Gündə 1 dəfə 0,5 stəkan səhər yeməyindən 30-40 dəqiqə əvvəl qəbul olunur. Bu müalicəvi məhsul 14 gün ərzində qəbul etməyiniz kifayətdir.

Bu resepti isə siz bəyənəcəksiniz. 200-250 qr gül kələmini (brokoli) yarpaqlardan ayıraraq, yuyun. Sonra kiçik bir qazana su əlavə edib, onları 15-20 dəqiqə bişirin. Bunu etdikdən sonra suyu boşaltın. Soyuq suya gül kələmini qoyun və 15 dəqiqə ərzində soyumasını gözləyin.

Kələmi doğrayırıq və qaba qoyuruq. Bundan sonra, təmiz 4 ədəd xiyar götürün və onları da təmizləyib doğrayın. 0.5 çay qaşığı duz və 0.5 çay qaşığı bitki yağı əlavə edin. Öz zövqünüzə görə də  müxtəlif pencərlərdən istifadə edə bilərsiniz. Qarışdırıldıqdan sonra gündə 3 dəfə yeməkdən sonra 5 yemək qaşığı ilə qəbul olunur.Картинки по запросу салат из цветочной капусты

Mədəaltı vəzi sağlamlığını qorumaq üçün pəhriz saxlayın. Yəni, yağlı, qızardılmış, ədviyyatlı, şirin, çox duzlu, acı yeməkləri gündəlik qidalarınızın arasından çıxardın. Həqiqətən sağlam olmaqbu vasitələrin sizə yaxşı təsir etməsini istəyirsinizsə, spirtli içkilərdən və nikotindən uzaq durun.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

error: Content is protected !!
Яндекс.Метрика