Məktəblərdə smartfon qadağan edilməlidirmi?

Bir valideyn iclasında bu mövzu ətrafında ciddi diskusiya aparmışdıq. Hər iki tərəfin də (əsasə valideyn və müəllim) kifayət qədər ciddi arqumentləri var idi. İş orasındadır ki, hərkəs mobil telefonların zərərini dərk edir, amma bu texnologiyadan vaz keçə bilmir. Mövzunu pedaqoq, psixoloq və sosioloqların incələməsi daha doğru olar. Bu məqalədə sizə Avropa təcrübəsini yazacam.

telefon qadağası

Fransa məktəblərində ağıllı telefon istifadəsini qadağan edən qanun qəbul edilib. Bu ildən etibarən məktəb saatlarında mobil telefon istifadəsi qadağan ediləcək. Qanun15 yaşdan kiçik olanlar üçün bu məcburi, yuxarı yaşlar üçün isə məktəbin ixtiyarında olacaq. Fransada dərs saatlarında mobil telefon qadağan idi, amma bu qanunla tənəffüsləri də əhatə edəcək.

Qanun bu şəkildə işləyəcək:

  • Ya şagird məktəbdə telefon gəzdirməyəcək.
  • Ya da telefon bütün günü bağlı olacaq.
  • Hərəkəti məhdud tələbələr qanuna tabe deyil.
  • Dərs xarici fəaliyyətlər üçün telefon işlədilə biləcək.

Məktəbdə telefon qadağası üçün iki əsas səbəb var:

  • Tələbələrin telefona həddən artıq bağlanması
  • Tələbələrdə diqqət dağınıqlığı

Onu da qeyd edək ki, İngiltərədə də bir çox məktəblərdə bu cü qaydalar var. Nyu-York bələdiyyəsi də bir fərmanla bölgədəki tələbələrə telefon qadağası tətbiq edir.
Burda xırda nüans telefon saxlanc yerlərinin və xərclərinin kim tərəfindən çəkilməsidir. Fransada bu işi məktəb təşkil edir, Nyu-Yorkda isə valideynlər.

Bir texnar adam kimi bunu əlavə edim ki, mobil cihazlar özü təhlükə mənbəyi deyil. Balacaları (eləcə də böyükləri) asılı edən onun içərisindəki İnternet və bəzi app-lər, bir də Mesaj xidmətləridir. Bunları qadağan edən, filtrləyən, məhdudiyyətlər qoyan xüsusi tətbiqlər hazırlanmalıdır. Düşünürəm bunu da Təhsil Nazirliyi çox asanlıqla həll edə bilər. Diqqət dağınıqlığı ilə yanaşı, bir çox oyun və videolar balacalarda aşırı dərəcədə aqresiya və əsəbə də səbəb olur.
Mənbə.

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

error: Content is protected !!
Яндекс.Метрика
Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 5107

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 5107