Merinos qoyunu Azərbaycanda

agroexpert.az Merinos qoyunuXIX əsrin 40-cı illərində Azərbaycana gətirilən və yüksək keyfiyyətə malik olan merinos qoyunu burada sonrakı əsrdə özünün daha geniş inkişafına başlamışdır.
1840-cı ildə Tavrida quberniyasından Azərbaycana köçürülən ruslar özlərilə bərabər merinos qoyunu gətirmiş və Azərbaycanın müəyyən ərazisində saxlamışlar.
Rusiyanın Tavrida, Xerson və Yekaterinoslav quberniyalarından Azərbaycana gələn rus duxoborları da merinos qoyununu bu ərazidə inkişaf etdirmişdir. Birinci dünya müharibəsi ərəfəsində Azərbaycanın Kiçik Qafqaz hissəsində, xüsusilə Gədəbəy və Şəmkirdə 90 min baş merinos qoyunun olduğu göstərilir.

Merinos qoyununun Azərbaycanda nisbətən geniş istifadə edilməsi təkcə ətlik deyil, həm də yüksək keyfiyyətli çox və zərif yununun olması ilə əlaqədardır.

XIX əsrin ikinci yarısı və XX əsrin əvvəllərində kapitalist münasibətlərinin inkiafı dövründə bir sıra toxuculuq fabriklərinin yaranması ilə əlaqədar xammala – yuna böyük ehtiyac duyulurdu. Merinos qoyunundan 4-6 kq, yaşlı qoyunlarından 7-10 kq-a qədər nazik və uzun yun qırxırlar. Bu da merinos qoyununun üstünlüyünü göstərən ən əsas şərtlərdən biri kimi diqqəti cəlb etmişdir.
Bu cinsin qoyunlarının diri çəkisi 50 kq, erkəklərinki isə 75-90 kq-a. qədər olur. Yununun zərif və uzun, həm də çox olmasına görə XIX əsr və XX əsrin əvvəllərində Azərbaycanda məlum olan qoyun cinsləri içərisində merinos cinsi xeyli üstünlük təşkil etmişdir.
Xırdabuynuzlu heyvanlar haqqında digər məqalələrlə burdan tanış ola bilərsiniz.

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

0 thoughts on “Merinos qoyunu Azərbaycanda

  • Oktyabr 27, 2017 at 6:55 səhər
    Permalink

    əlavə etmək istəyirəm ki soyuğa davamı olmaları soyuq regionlarda yetişdiriməsində cətinlik yaratmır. bundan başqa bəziləri deyirlərki bu cins qoyunlanlar əsasən yunculuq ucun sərfəlidir. mən isə əminliklə deyirəm ətidə cox tamlıdır çünki ətin dadlı olmasın bir cox hallara cinsin növündən yox yediyi yeyəcəkdən asılıdır.

    Reply

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

error: Content is protected !!
Яндекс.Метрика