Məşhur aqrostartup-lar

Edyn-günəş batareyaları ilə çalışan torpağı monitorinq sistemidir.

Aparat qrunt sensorlarından və günəş batareyasından ibarət sistem olub, fermerin telefonuna torpaq, temperatur, nəmişlik, işıq intensivliyi haqqında məlumatlar və əkinə qulluqla bağlı tövsiyyələr göndərir. Yığılan məlumat məhsulun əkini və yığımı üçün ən münasib dövrü təyin etməyə də yardım edir. Modelin, torpağın nəmişlik dərəcəsinə görə avtomatik sulayan, su borusu ilə təchiz edilmiş modeli də var. Layihə 2014-cü ildə Kickstarter-də 400 min dollara yaxın sərmayə cəlb eləmişdi.

Gamaya-əkinlər üçün elektron həkim

Dron kameralarından əldə edilmiş şəkilləri analiz edərək, əkinin növünə, torpağın özəlliklərinə və kimyəvi maddələrin çatışmazlıqlarına əsasən bitkilərdə xəstəlikləri və səbəblərini aşkar edir. Bundan sonra sistem fermerə xəstə bitkilərin harda olduğunu deyir və hansı maddələrin çatışmadığını göstərir. Bu da gübrə xərclərini azaltmağa imkan verəcək. 2016-cı ildə şirkət layihə üçün 3,2 milyon frank yatırım cəlb edə bilmişdi.

Farmeron-heyvanlara nəzarət və məlumat qeydiyat xidməti

Farmeron fermerlərə heyvanları haqqında bütün məlumatları (say, sağlamlıq, cins və sağım) yığmaq və paylaşmaq imkanı verən xidmətdir. Həmçinin burda heyvanların vaksinasiya, çəki və sağımını planlamaq üçün təqvim və xərclər haqqında hesabatlar da mövcuddur. Fermer sayta heyvanları haqqında məlumatları, analitiklər isə müxtəlif regionlar üçün tendensiya və xüsusiyyətlər haqqında məlumatları daxil edir. Layihə 2012-ci iləd 1,4 milyon dollar investisiya cəlb etmişdi.

Agri Eye-resursları optimallaşdırmaq üçün xidmət

Startup-ın ideyası multispektr analiz və distans zondlama üsulu ilə qrunt və bitkilərin vəziyyətini qiymətləndirən, özüöyrənən sistem qurmaqdır.

Freight Farms-şəhər şəraitində ferma

Layihə şəhərdə kənd təsərrüfatı məhsulları istehsalı üçün yük konteynerləri təklif edir. Şirkət intensiv bitkiçilik üçün bütün ləvazimatla təchiz olunmuş hazır bloklar təqdim edir. Bu sayədə ilin 365 günü hidroponika əsaslı “yük fermanızı” hətta uzaqdan da  idarə edə bilərsiniz.

AeroState

Dünyanın istənilən nöqtəsində hava kirliliyini izləyən ekologiya sahəsində bir startup-dır. Analiz üçün sputnik, yollardakı trafik və sənayə tullantıları məlumatları yığılır və istifadə edilir. Layihə 90% dəqiqliyə söz verir.

Flow-avtomatik pətək 

Ən çox bəyəndiyim startup bu oldu. Avstraliyalı ixtiraçı, balı xüsusi qablara tökən “axıcı” pətək modeli düzəldib. Konstruksiyanın əsasını plastik çərçivə təşkil edir. Layihə bal yığma prosesini çox sadələşdirir. Kickstarda 7 milyon dollardan çox investisiya cəlb eləmişdi.

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

error: Content is protected !!
Яндекс.Метрика