Məşhur qarğıdalı çörəyi – Resept
Türkiyənin Qaradəniz bölgəsinə xass olan qarğıdalı çörəyi … Ləzzətli və fərqli dadı olan qarğıdalı çörəyinin hazırlanması çox sadədir.
Qaradənizə məxsus ləzzətli qarğıdalı çörəyinin hazırlanması üçün lazım olan məhsullar bunlardır:
Tərkibi

- 2 stəkan qarğıdalı unu
- 2 qaşıq süd
- 1 qaşıq qatıq
- 1 ç.qaşığı şəkər tozu
- 2 qaşıq zeytun yağı
- 1 ç.qaşığı karbonat (çay sodası)
- 1\2 ç.qaşığı duz
- isti su
Qarğıdalı çörəyi. Hazırlanma qaydası:
İlk olaraq qarğıdalı ununu ələyin. İçinə yuxarıda sadalananları əlavə edərək, yumşaq kek xəmiri əldə edənə qədər isti su əlavə edin. (Qaynar suyu əlavə etmək olmaz) Hazırlanmış yumşaq xəmiri yağlanmış soba tavasına əlavə edin. 200 dərəcədə qızdırılmış sobada 35-40 dəqiqə bişirin.
Qarğıdalı çörəyini fərqli reseptlərlə müxtəlif cür hazırlamaq mümkündür.
Nuş olsun 🙂