Meyvə bağı: salınması və qulluq
Meyvə bağı salınarkən ilk növbədə sahə seçilməlidir. Bu bağçılığın əsas şərtlərindən biridir, ona görə ki, əkiləcək tinglər 80-100% bitiş verə bilsin, yüksək məhsuldar ya uzunömürlü olsun.
Meyvə tingləri əsasən yazbaşı fevral-mart aylarında, payızda isə oktyabr-noyabr aylarında, hava şəraiti əlverişli olarsa dekabr ayında da əkmək olar. Bağ salınarkən tingləri suvarmaq üçün su arxlarının çəkilməsini nəzərdən qaçırmaq olmaz, çünki yayın qızmar çağında buna ehtiyac çox böyükdür.
Fındıq bağı salınarkən eyni üsullardan istifadə edilir. Bir fərq ondan ibarətdir ki, hər bir çalaya 4-5 əd. fındıq kolu basdırılır və çalaya yaş peyin tökülür. Bu torpağı münbit saxlayır və inkişafa güclü təsir edir. Adətən fındıq kolları əkiləndən 3-4 il sonra bar verməyə başlayır. Yüksək məhsuldarlıq 7-8 il- dən sonra olur. Bu zaman hər fındıq topasında 25-30 budaq olur. Hər bir topa orta hesabla 15-18 kq bar verə bilir. Fındıq ağacının ən keyfiyyətli cəhəti odur ki, hər il məhsul verir.
Ucaboylu | Xırdaboylu | |||
Ölçü, metrlə | Sayı, ədədlə | Ölçü, metrlə | Sayı, ədədlə | |
Alma | 8×6 | 208 | 6×5 | 333 |
Armud | 8×5 | 250 | 6×4 | 417 |
Fındıq | 8×8 | 156 | 8×6 | 207 |
Meyvə bağı – qulluq
Meyvə bağı salındıqdan sonra işi bitmiş hesab etmək olmaz. Belə ki, tinglərin bitişinə nəzarət etmək, onların hər birinə güclü inkişaf etməsi üçün gövdə ətrafına 100-150 qr azot-fosfor-kalium (“Azofoska” Markalı kompleks gübrə N:P:K, 1:1:1) qarışığı verilməlidir.
Bağ salındıqdan sonra hər iki ildən bir dibi yumşaldılmalı, əlavə zoğlar budanmalıdır. Ağacların dibi yumşaldılarkən elə etmək lazımdır ki, dərinlik 10-12 sm-dən çox olmasın. Budama əsasən payızda, yarpaqlar töküləndən sonra, yazda isə tumurcuq açmamış aparılmalıdır. Çiçəkləmə dövründə 0,2% xlorofos; karate 0,05% çilənməlidir ki, həm də çiçəklərə ziyanvericilər ziyan verə bilməsin
Fındıq bağları üçün də budama işləri eyni ilə payızda yığımdan sonra və yazda tumurcuqlayana qədər aparılır. Quru budaqlar, qoca budaqlar kəsilib götürülür ki, güc cavan budaqlara düşsün. Fındıq bağı 8×8 ölçüdə əkilir ki, hər hektara 156 cala düşür.
Xəstəliyə qarşı 0,2%-li Metadion və Xlorofosdan istifadə olunmalıdır
Meyvə bağı – xəstəliklər
Respublikamızda, meyvə bağları əsasən aşağıdakı xəstəliklərə məruz qalırlar:
Bunlar – dəmgil, unlu şeh, meyvə çürüməsi, qara xərçəng, sitosproz xəstəliklərdir.
Dəmgil – alma və armudun çiçəkləri, yarpaqları, zoğları və meyvələri tutulur.
Mübarizə tədbiri – dibi bellənir, 3%-li Nitrofen, 1%-li Dnok və ya 3-4%-li Bordo mayesi çilənməli.
Unlu şeh – bu da eynilə zoğları, çiçəkləri və meyvələri zədələyir.
Mübarizə tədbiri – 5%-li Mis Kuporosunda çimirməli və 0,8-1 %-li Kolloid Kükürd-lə çilənməlidir.
Meyvə çürüməsi – geniş yayılan xəstəlikdir.
Mübarizə tədbiri – çiçəklənmədən əvvəl 1%-li Bordo mayesi, 0,4%-li Sineb çilənməlidir.
Qara xərçəng – ağacların gövdələri, budaqları həmçinin cavan ağacların boğazında olur.
Mübarizə tədbiri – həmin hissələr təmizlənir 1-3% Mis Kuborosu, 0,1%-li Benomil, 0,1-li Topsin-M və BMK çilənməli.
Bu müalicə tədbirləri mütəmadi olaraq yazda və payızda görülməlidir ki, gələcək məhsuldarlığa
maneə törədilməsin.
Digər ağac xəstəlikləri üçün oxuyun…