Meyvə tullantılarından antioksidant tozlar əldə edilir
İspaniyalı alimlər meyvə və tərəvəz tullantılarının qida əlavəsi və inqredientlərə emalı texnologiyasını araşdırırlar.
İk meyvə və giləmeyvə əsasında emal zamanı antioksidant toz halına gətirilə bilən atılan pulpa və qabıq tullantılarından bəhs edirik.
Valensia Politexnik Universitetinin bir qrup aliminin apardığı araşdırmaya görə, standart olmayan qarağat və xurma tozları bağırsaq mikrobiotasına faydalı təsir göstərir.
Son illərdə məşhurlaşan meyvə və tərəvəzlərin antioksidant tozları gündəlik qida rasionuna polifenollar və karotenoidlər əlavə edir. Bu tozlar fərdi əlavə, həmçinin qida istehsalında bir tərkib hissəsi kimi istifadə edilə bilər.

Tədqiqatçılar Noelia Betoret və Maria Jose Gosalbes, giləmeyvə şirəsi hazırlandıqdan sonra qalan xurma qabığı və qarağat pulpasından toz nümunəsi hazırladılar.
Tullantıların bir hissəsi sublimasiya prosesindən keçdi, digər hissəsi isə quruduldu. Sublimasiya əsasında əldə olunan tozların tərkibində daha çox antioksidant tapılsa da, burada maddələr qurudulma ilə əldə olunmuş tozdakından daha tez parçalanırdı.