Moruqlu-şokoladlı çizkeyk (RESEPT)

İngiltərənin ənənəvi şirniyyatlarından biri olan çizkeykin (cheescake) bir çox növü var. Agroexpert.az bu gün sizlərə asan hazırlanan moruqlu-şokoladlı çizkeyk reseptini təqdim edir.

moruqlu çizkeyk
Alt qatı üçün:
  • 200 qr kakaolu peçenye (və ya vanilli, şokoladlı)
  • 90 qr kərə yağı
İçlik üçün:
  • 500 qr otaq temperaturunda Filadelfiya və ya Maskarpone pendiri
  • 100 qr şəkər tozu
  • 35 qr qarğıdalı nişastası
  • 1 çay qaşığı vanil ekstraktı
  • 1 çay qaşığı limon suyu
  • 1 ədəd yumurta
  • 80 qr yağlı qaymaq və ya xama
  • 70 qr moruq püresi
  • 70 qr tünd şokolad
Üzəri üçün: moruq

Moruqlu-şokoladlı çizkeykin hazırlanma qaydası:

Alt qatı üçün peçenyeni xırdalayın,üzərinə əridilmiş kərə yağı əlavə edib qarışdın(ehtiyac olarsa kakao əlavə edin). Diametri 15-18 sm olan formanı yağlayın və peçenye qarışığını formanın dibinə üstdən basaraq yayın. Əvvəlcədən 170 dərəcə qızdırılmış sobada 15 dəqiqə bişirin.

Bir qaba Filadelfiya pendiri, şəkər tozu və qarğıdalı nişastasını töküb mikserin orta sürətiylə təxminən 1-2 dəqiqə çırpın. Mikserin sürətini artırıb vanil ekstraktı və limon suyu əlavə edib çırpmağa davam edin. Yumurta əlavə edib 20-30 saniyə çırpın. Daha sonra qaymağı da əlavə edib 1-2 dəqiqə çırpın.

moruqlu çizkeyk

Alınan qaymaqlı kütləni 2 hissəyə ayırın. Bir hissəsinə əridilmiş şokolad, digər hissəsinə moruq püresi əlavə edib yaxşıca qarışdırın. Sobada 15 dəqiqə bişib soyuyan alt qatın üzərinə şokoladlı kütləni yayın. Üzərinə moruqlu qarışığı da yayın. Böyük ölçülü soba sinisinə su tökün və çizkeyk olan formanı suyun içərisinə yerləşdirin. Çizkeyki əvvəlcədən 175 dərəcə qızıdırılmış sobada təxminən 50-70 dəqiqə bişirin. Daha sonra sobanın qapısı açıq halda yarım saat soyudun. Sobada soyuyan çizkeyki dəzgahın üzərində yaxşıca soyudun. Çizkeykin üzərinə streç salafan keçirib minimum 4 saatlıq soyuducuya yerləşdirin. Formadan çıxarın və üzərini moruqla bəzəyib süfrəyə verin.

Nuş olsun!

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

error: Content is protected !!
Яндекс.Метрика