Naxçıvan qovurması

naxçıvan qovurmasıMilli mədəniyyətimizin daşıyıcılarından biri olan Naxçıvan mətbəxi bir-birindən ləziz təamlarla zəngindir.

Bu diyarın təmiz havası, dumduru suları, əsrarəngiz təbiəti, bitki örtüyü Naxçıvan mətbəxinin rənglərində də özünü açıq aydın  göstərir.

Ona görə də tarixən ekoloji-təmiz məhsullardan hazırlanan milli yemək və şirniyyatların şöhrəti dünyanı dolaşıb. Elə indi olduğu kimi…

Naxçıvanda yaz, yay, payız ay­larında müxtəlif ərzaq məhsulları qışda istifadə etmək üçün tədarük edilir (duzlanır, qurudulur və s).

Bu gün sizi qış tədarüklərindən biri olan məşhur naxçıvan qovurması necə hazırlanır tanış edəcəyik.

Naxçıvan qovurması

Qovurma etmək üçün əsasən cavan və erkək qoyun və dana ətindən istifadə edilir. Qovurma payız ayla­rında edilir. Heyvan kəsilir, 120-150 qramlıq tikələrə doğranır, çox vaxt bir gün saxlanır, böyük qazanlarda duz vurularaq pörtlədilir, qızardanda didilməməsi üçün çox bişirilmir. Suyu süzülür (süzülmüş suyuna işgənə, təngov, cığatay deyilir), ləyəndə yağ dağ edilir, pörtlədilmiş ət yağın içərisində yenidən duz atı­laraq möhkəm qovrulur (ətin saxlanılan za­man xarab ol­maması üçün).

Qızarmış ətlər böyük şirli kü­pələrə (müasir dövrdə şirli ved­rələrə) yığılır, üzərinə əridilmiş kərə yağı üstünü örtənə qədər tökülür. Erkək qoyunu qovurarkən kərə yağı əvəzinə qoyunun quyruq yağını əridib üstünə tökürlər.

Digər ləzzətli milli reseptlərlə tanış olmaq üçün saytımızın bu bölümünə baxın.

Mənbə:

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

error: Content is protected !!
Яндекс.Метрика