Ölkədə kimyəvi mübarizə ilk dəfə olaraq dron vasitəsi ilə aparıldı
Ucar rayonunda Çin texnologiyası ilə əkilmiş pambıq sahəsində kimyəvi mübarizə üçün drondan istifadə olundu.

Təmsilçisi olduğumuz DJİ şirkətinin ən son texnologiyalar üzrə istehsal etdiyi DJİ Agras dronu vasitəsilə Ucarda qırmızı tor gənəsinə qarşı yeni innovativ kimyəvi mübarizə aparıldı.
Dronla kimyəvi mübarizə
Əkinçilik Elmi-Tədqiqat İnstitutunun “Xəstəlik və zərərvericilərə nəzarət laboratoriyası”nın aparıcı elmi işçisi İbrahimov Etibar və “Bitki seleksiyası” şöbəsinin elmi işçisi Qəribov Zöhrab tərəfindən həyata keçirilib.
Dronlar vasitəsi ilə kimyəvi mübarizə fermerlərin marağına səbəb olub.

Qeyd edək ki, Çin texnologiyası ilə əkilmiş pambıq sahəsinin torpaq səthi polietilen örtüklə örtülür və bitkilərin suvarılması damcı üsulu ilə həyata keçirilir. Bunu əsas gətirən mütəxəssislər bildirib ki, pambıq sahəsində qırmızı tor gənəsinə qarşı kimyəvi mübarizədə ağır texnikanın əvəzinə drondan istifadə edilməsi məqsədəuyğundur.