Ölkədə kənd təsərrüfatı məhsullarının istehsalı və işçilərin sayı artıb

Ötən ilin (2019) yanvar-iyul ayları üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 4453,7 milyon manat təşkil edib. Onun da 2230,4 milyon manatı heyvandarlıq, 2223,3  milyon manatı isə bitkiçilik məhsullarının payına düşür.

Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının istehsalı 6,3%, o cümlədən heyvandarlıq məhsulları üzrə 3,1%, bitkiçilik məhsulları üzrə isə 9,5% artıb.

Ölkədə kənd təsərrüfatı məhsullarının yığımı davam edir və avqust ayının 1-nə kimi dənlilərin və dənli paxlalı bitkilərin (qarğıdalısız) əkin sahələrindən 3220,0 min ton məhsul götürülüb. Orta hesabla hər hektardan əldə olunan məhsul 31,5 sentner təşkil edib. Bundan əlavə, məhsulu toplanan 3 min hektar qarğıdalı sahəsindən 14,4 min ton məhsul götürülüb. Yığım başlanandan sahələrdən

kənd təsərrüfatında işliyənlərin sayı və kənd təsərrüfat məhsulları
  • 576,3 min ton və ya keçən ilin müvafiq dövrünə nisbətən 7,9% çox kartof,
  • 1011,4 min ton (9,3% çox) tərəvəz,
  • 349,8 min ton (13,5% çox) bostan məhsulları,
  • 244,0 min ton (17,6% çox) meyvə və giləmeyvə,
  • 5,7 min ton (37,5% çox) üzüm,
  • 476,0 ton (11,1% az) yaşıl çay yarpağı,
  • 2,8 min ton (55% çox) günəbaxan,
  • 5,4 min ton şəkər çuğunduru,
  • 2,3 min ton (12,8% çox) tütün yığılıb.

2018-ci ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-iyul aylarında diri çəkidə ət istehsalı 3% artaraq 289,3 min ton, süd istehsalı 1,7% artaraq 1219,2 min ton, yumurta istehsalı 6,9% artaraq 1093,4 milyon ədəd və yun istehsalı 1,5% artaraq 14,9 min ton olub. Bundan başqa, ölkədə 643,2 ton barama istehsal olunub ki, bu da son 21 ilin ən yüksək göstəricisidir.

Ölkədə kənd təsərrüfatı işçilərinin sayı son 7 ildə 40% artıb

Azərbaycanın kənd təsərrüfatı sahəsində çalışan işçilərin sayı 2013-2019-cu illər ərzində 40% artaraq 2020-ci ilin əvvəlinə 21 min nəfər təşkil edib.

Dövlət Statistika Komitəsinin dərc etdiyi məlumatlar əsasında, bu göstərici 2019-cu ildə 2018-ci ilin nəticələrinə nisbətdə 16,6% və ya 3 min nəfər artıb.

İşçilərə hesablanan əməkhaqqının məbləği 2013-2019-cu illər ərzində 2,5 dəfədən çox artaraq 2020-ci ilin əvvəlinə 79 822,0 min manat təşkil edib. 2019-cu ildə əməkhaqqı məbləği bir il öncəki göstəricini 45,2% üstələyir.

Əsas mənbə: Apa.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

error: Content is protected !!
Яндекс.Метрика