Ölkəmizdə 556 min tondan çox ət istehsalı…
Ötən il Azərbaycanda diri çəkidə ət istehsalı 3 % artaraq 556,6 min ton, süd istehsalı 2,8 % artaraq 2 milyon 80,4 min ton olub.
Ət istehsalı

Dövlət Statistika Komitəsindən bildirilib ki, il ərzində yumurta istehsalı 2,3 % azalaraq 1 milyard 674,7 milyon ədəd, yun istehsalı isə 1,2 % azalaraq 15,8 min ton olub.
Bundan başqa, ölkədə 514 ton barama istehsal olunub ki, bu da son 20 ilin ən yüksək göstəricisidir.
2018-ci ildə hər inək və camışdan orta hesabla 1589 kiloqram süd sağılıb.
Ət məhsuldarlığı
İlkin məlumatlara görə, bu il yanvarın 1-də ölkə üzrə, aşağıda qeyd olunan məhsul mövcud olunub:
- 8 milyon 357,9 min baş qoyun və keçi;
- 2 milyon 666,6 min baş iribuynuzlu mal-qara;
- 1 milyon 282,3 min baş inək və camışlar;
Qaramal naxırının 48,1 faizini inək və camışlar təşkil edir.
Ötən il quşçuluq fabriklərində diri çəkidə 74,4 min ton quş əti və 640, 2 milyon ədəd yumurta istehsal olunub.
Ümumilikdə, fabriklər üzrə cəmi quşların sayı 12 milyon 257 min baş olub. Həm də hər yumurtlayan toyuqdan orta hesabla 169 ədəd yumurta alınıb.