Ördək ətinin faydaları

Ördək əti çox faydalıdır.

Ördek etinin faydaları

Ördəklər iki cür olur-ev ördəkləri və yabanı, yəni çöl ördəkləri. Çöl ördəklərinin ətinin iyi daha kəskin olur. Bu onların dənizdə, gölməçələrdə yaşaması və qidalandığı qidalarla əlaqədərdir. Ev ördəklərinin ətinə nisbətən onların qidalılığı da azdır. Həmçinin ev ördəyinin əti daha yağlı, daha yumşaq olur. Ev ördəklərinin cinslərinə görə dadları və yağlılığı da fərqli olur. Məsələn, pekin ördəyi çox yağlı olduğu halda, lal ördək daha yağsızdır.
Ördək əti çox qidavericidir. Onun əti təbiətcə isti və qurudur. İnsana çoxlu qida verir, onu kökəldir, böyrəkləri piyləndirir , cinsi həvəs yaradır. Əsas faydalarından biri də mədəni təmizləməsidir. Həmçinin qazları dəf edir, qatı və keyfiyyətli qan yaradır.
Ördəyin piyi də başqa piylərdən xeyirlidir, çünki bədənə istilik verir, onu yumşaldlr bütün bədənə yayılır, şişləri yatırır. Ördək piyi qızılcaya və döşdə olan şişlərə qarşı faydalıdır. Bunun ücün onu paxla unu ilə qarışdırıb işlədirlər.
  • Ördək ətindən bişirilmiş şorba öskürəyə qarşı çox faydalıdır.
  • Ördəyin ciyərini də suda bişirib yedikdə keyfiyyətli qana çevrilir.
  • Ürək döyüntüsünə qarşı faydalıdır və səsi də açır.
Ördəyin çinədanı gec həzm olur, lakin həzm olunduqdan sonra mədə və bağırsaqlara yaxşı təsir göstərir. Çinədanını təmizləyərkən üstdə olan nazik asanlıqla soyulan qatı qurudub böyrək daşı xəstəliyində istifadə eləmək faydalıdır. Gündə bir qaşıq ovulmuşunu çay kimi dəmləyib içirlər. Böyrək daşının tez düşməsinə səbəb olur.
Ördək əti nisbətən gec həzm olur. Onun bu xüsusiyyətini aradan qaldırmaq üçün onu turp, zəncəgil, ədviyyatlar eləcədə göyərti ilə yemək lazımdır. Onun ətini yaxşı yumşaltmaq və piyini azaltmaq ücün onu çox qaynatmaq lazımdır.
Onu da qeyd edim ki, ördək əti tək-tük heyvan cinslərindən biridir ki, GMO dəyişikliyə müqaviməti güclüdür.
Adicə dadlı ət bilib bişirdiyimiz ördəyin hələ bilmədiyimiz çoxlu faydaları var.
Əlavə qeyd: Ördək əti bədənə istilik və quruluq verir, adamı kökəldir. Səsi saflaşdırır, qəliz qan yaradır, gec həzm olunur və baş ağrısı törədir.Ördək piyi yaxşı piylərdən hesab olunur, istilik verir, həm də yumşaldıcı xüsusiyyəti vardır. Paxla unu ilə təpitməsi difteriya və döş şişi hallarında yaxşı təsir edir. Piyi oskürək üçün faydalıdır. Ördəyin qaraciyərini yemək təmiz qan yaradır, ürək döyüntüsü hallarında münasibdir.

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

0 thoughts on “Ördək ətinin faydaları

  • Oktyabr 24, 2017 at 7:00 səhər
    Permalink

    Yaxşı məqalədir.iki il bundan qabaq həyətimizdə hər il 40-50 ədəd lal ördık saxlayırqm.onu əlavə edim ki xəstəliklərə cox davamlı heyvandır və saxlanılması üçun isti yerə ehtiyac yoxdur. Bütün il boyu ətindən və piyindən istifadə edirdik. Ailə üzvərinin hamısı ördək ətini yeməyi sevir .bu səbəbdən bizlərdən heç birimiz soyuq fəsillərdə soyuq dəymə xəstələnmə halları nədir bilməzdik.Özlərinidə tülkü və çaqqaldan qorumağı bacarirlar(xoruzunun tülkü ilə savaşdığini öz gözlərimlə görmüçəm).

    Reply
    • Oktyabr 24, 2017 at 9:42 səhər
      Permalink

      Həqqətən maraqlıdır. Lala ördəklər haqqında çox şey bilirdim. ama tülküynən savaşdığını sizdən öyrəndim. 40-50 ördək artıq əməlli-başlı ferma sayılır. çünki gələn sezona 1000-ə yaxın bala deməkdir. təbii şərait müsaiddirsə

      Reply

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

error: Content is protected !!
Яндекс.Метрика